Türkiyə klubunda maliyyə problemi səbəbindən iki futbolçu komandanı tərk edib.
QOL.az xəbər verir ki, müdafiəçi Kirill Qotsuk və yarımmüdafiəçi İlya Berkovski Türkiyənin "Serik Bələdiyyəspor" klubu ilə yollarını ayırıb.
Məlumata görə, müqavilələrin pozulmasına səbəb klub tərəfindən maaşların ödənilməməsidir. Futbolçular daha əvvəl analoji problemlərlə üzləşən sabiq baş məşqçi Sergey Yuran və müdafiəçi Dmitri Tixinin ardınca komandanı tərk ediblər. Hər iki oyunçunun Rusiyaya qayıdacağı gözlənilir.
Qeyd edək ki, komandaya 2025-ci ilin iyulundan oktyabrına qədər rəhbərlik edən Sergey Yuran ödənilməyən vəsaitlərə görə FİFA-ya rəsmi şikayət ünvanlayıb.
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı