Tanınmış ukraynalı mütəxəssis, “Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub ölkəsini hansı qaydada tərk edə bildiyi ilə bağlı açıqlama verib.
QOL.az xəbər verir ki, 59 yaşlı baş məşqçi "tribuna.com"a müsahibəsində rəsmi şəkildə ölkədən çıxış icazəsi aldığını deyib. Onun sözlərinə görə, bu icazə başa çatacaq müqaviləsinin müddətinə qədər qüvvədədir.
"Neftçi" daha əvvəl Vernidubla 1,5 illik müqavilə bağladığını elan edib.
“Xaricə çıxmaq üçün müqaviləm bitənə qədər icazə aldım. Müddət bitdikdən sonra mütləq qayıtmalıyam və bunu edəcəyəm. Əgər daha tez ehtiyac yaranarsa, o zaman da qayıda bilərəm. İcazə yüksək səviyyədə təsdiqlənib. Başqa kim belə sənəd verə bilər ki? Kim tərəfindən verildiyini isə dəqiq bilmirəm. Yalnız onu bilirəm ki, həmin sənəddə mənim və köməkçilərimin adları var”, – deyə Vernidub bildirib.
Mütəxəssis əlavə edib ki, onun köməkçiləri də eyni qaydada rəsmi icazə ilə ölkədən çıxıblar: “İcazə olmasaydı, heç kim ölkədən çıxa bilməzdi.”
Ukraynalı mütəxəssis hazırda bütün diqqətini komandanın inkişafına yönəltdiyini deyib: “Hazırda tam şəkildə işə fokuslanmışıq: baxırıq, öyrənirik, analiz edirik. Gələcəyi isə həyat göstərəcək”.
Xatırladaq ki, Ukraynada hərbi vəziyyət olduğuna görə, yaşı 60-dək olan kişilər ölkə ərazisini yalnız xüsusi razılıqla tərk edə bilərlər.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib