“Barselona”da Ronald Arauxo ilə bağlı vəziyyət daha da ciddiləşib.
QOL.az xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu COPE nəşri məlumat yayıb.
Arauxo bir müddətdir psixoloji problemlərlə mübarizə aparır. Daha əvvəl oyunçunun vəziyyətinin yaxşılaşmayacağı halda Kataloniya təmsilçisinin yeni müdafiəçi transfer etmək istədiyi də bildirilirdi.
COPE-nin xəbərinə görə isə uruqvaylı futbolçu artıq “Barselona” formasında meydana çıxa bilməyəcək. Arauxo ilə bağlı problemin görünəndən daha ciddi olduğu da vurğulanıb.
Xatırladaq ki, Ronald Çempionlar Liqasında “Çelsi”yə qarşı oyunda 44-cü dəqiqədə qırmızı vərəqə alması və komandanın 0:3 hesabı ilə uduzması futbolçunun emosional vəziyyətinin daha da pisləşməsinə səbəb olub.
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar