"Neftçi" Misli Premyer Liqasının 13-cü turunda səfərdə "Turan Tovuz"la 0:0 hesablı heç-heçə edib.
QOL.az xəbər verir ki, "ağ-qaralar"ın məşqçisi Sənan Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Tovuz səfəri həmişə çox çətin keçir. "Turan Tovuz" iddialı klubdur. Turnur cədvəlində olduqları yer də bunu göstərir. Çalışdıq ki, komanda qısa vaxtda oyuna hazırlayaq. "Turan Tovuz" uzun ötürmələrdən çox istifadə edir. Buna hazır idik. Mübarizəli oyun keçəcəyini bildirdik. Cəmi iki gün məşq keçə bilmişdik. Buraya qələbə qazanmaq üçün gəlmişdik. "Neftçi"də 3 xal prioritet sayılır. Komanda işinə bu cür ciddi yanaşsa, uğur uzaqda deyil.
- Müvəqqəti baş məşqçisiniz. Bu gün qələbə qazansaydınız, sizin komandadakı gələcəyinizə təsir edə bilərdi?
- Hazırda "Neftçi"nin akademiyasında koordinator vəzifəsində çalışıram. Bu klubun akademiyasında işləmək şərəfdir. Əsas komandada bir saat belə məşq keçsəm belə, işi sevə-sevə yerinə yetirirəm. Bu, rəhbərliyin qərarıdır. "Neftçi"yə az da olsa faydam dəysə, mən buna ancaq sevinərəm.
- Qısa müddətdə nəyi dəyişə bildiniz?
- Müdafiədə daha ciddi oynamağa çalışırdıq. "Turan Tovuz" müdafiədən hücuma keçidlərdə bir az təhlükəlidir. Samir Abasov çox yaxşı komanda yığıb. Futbolçular çox keyfiyyətlidir. Bu komanda daha yaxşı yerlərə layiqdir.
- İndiki vəziyyət üçün 1 xalı qənaətbəxş hesab etmək olar?
- Qələbə qazanmaq istəyərdik. 3 xal bizi turnir cədvəlində yuxarı pillələrə qaldıra bilərdi. Qalib gələ də, məğlub ola da bilərdik. Gələcəyə ümidlə baxmaq lazımdır. Qarşıda çox çətin rəqiblər var. Mübarizənin keyfiyyətini bir az da artırsaq, bu komanda uğur qazana bilər.
- Vensan Abubakar 90 dəqiqə meydanda qaldı. Onunla bağlı fikirləriniz necədir?
- Özünə də dedim, o çox peşəkar futbolçudur. İşinə çox ciddi yanaşır. Məşqlərə tez gəlir, canla-başla çalışır. Bu, komandada olan gənc futbolçulara örnəkdir. Düşünürəm ki, Abubakar "Neftçi" üçün çox böyük qazancdır.
- Samir Abasov son müsahibəsində bildirib ki, Premyer Liqada daimi işləmək üçün gərək adamın olsun. Siz necə düşünürsünüz?
- Samir Abasov mənim dostumdur, çox yaxşı münasibətimiz var. O, "Neftçi"ni sonuncu dəfə çempion edən adamdır. Samir Abasova adam lazım deyil, özü bir addır, özünü sübut etmiş məşqçidir. Məşqçiyə təklifləri gətirən nailiyyətlərdir.
- Bundan sonra "Neftçi"nin əsas hədəfinin ölkə kuboku olduğunu deyə bilərik?
- "Neftçi" adı varsa, çempionluq və kubok uğrunda mübarizə aparmaq lazımdır. Bu təzyiqin altında oynamaq asan deyil. Mən iki dəfə ölkə kubokunu qazanmışam. Çox yaxşı hissdir. Qarşıda "Zirə" ilə çox vacib kubok oyunu var. Bizi səfərdə ağır matç gözləyir. Sabahdan həmin oyuna hazırlaşmağa başlayacağıq.
- Samir Abasov gənc oyunçulara şans vermədiyi üçün tənqid olunurdu. Bu gün siz də onlara çox şans vermədiniz. Səbəb nədir?
- Cəmi iki məşq keçmişəm. Heyətdə qlobal dəyişikliklər etmək doğru olmaz. Mən də oyunçuları stadionda izləmişəm. Standart vəziyyətlərdə mənim öz baxışlarım var. Hətta onları da saxladım. Çünki komandanı birdən-birə stressə sala bilmərəm. Murad, Rza, Ağadadaş perspektivli futbolçulardır. Yetərincə şans qazanıblar. Hər biri meydana çıxıb komandaya kömək edə biləcək gücdədir.
- Komandanı "Zirə" ilə kubok oyununa siz çıxaracaqsınız?
- Bilmirəm. Onsuz da akademiyada işləyirəm, yolun o biri tərəfindəyəm. İşimi sevə-sevə görürəm. (sportal.az)
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da
"Çelsi"də yeni müdafiəçi - Rəsmi
“Arzularımızın çoxu puç oldu”
"Şəfa"dan daha 4 transfer
"Oyunumuz çox bərbad idi" - "Orhus"un futbolçusu
Luis Enrike: "İndi hamı bizi favorit hesab edir"
Bu qələbə ilə "Sabah"a rəqib oldular - Video
"Qarabağ"la oyuna "Tərəkəmə"nin sədası ilə gəldilər - Video
Argentina millisinin üzvü "Bayer"də
Aleksis Sançesin transferi açıqlandı
“Sabah”ın potensial rəqiblərinin oyununda qalmaqal - Video
Bu gün UEFA Superkuboku uğrunda oyun var
“Turan Tovuz”dan yenilik
"Sabah"ı pley-offa aparan qollar - Video
Çempionlar Liqasında "pley-off"çular müəyyənləşdi
KL-də 2 komanda mərhələ adladı
Avroliqada cavab oyunları başladı
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi