DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində Fransa milli komandası sabah Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.
QOL.az xəbər verir ki, ikiqat dünya çempionlarının baş məşqçisi Didye Deşam matç öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Osman Dembele və Kilian Mbappenin olmaması sizə çətinlik yaratmayacaq?
- Dezire Due və başqaları da burada yoxdur. Amma biz dünya çempionatına vəsiqə qazanmışıq. Bu da bizə əlavə rahatlıq verir. Sabahkı matç üçün 22 oyunçumuz var. Qarşımızda isə çox enerjili və inadkar komanda olacaq. Amma biz əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz qələbə qazanmaqdır.
- Üç gün əvvəl Ukrayna ilə oyunda 4:0 hesabı ilə qalib gələrək dünya çempionatına vəsiqə qazandınız. Həmin matçda Kilian Mbappe iştirak etmişdi, lakin sabah o, meydana çıxmayacaq. Onun zədəsi nə qədər ciddi hesab olunur?
- Kilianın topuğunda problemləri var idi, hələ də davam edir. Ona görə də onu millidən buraxdım, "Real"ın tibbi heyəti Mbappe ilə məşğul olacaq. Risk etmək istəmirik. Artıq mundiala vəsiqə qazanmışıq. 22 futbolçumuz buradadır, onların da məqsədi aydındır.
- Üç futbolçunuz zədəlidir. Sabah hansı oyunçular oynayacaq?
- Üç oyunçu olmasa da, Bakıdakı düşərgədə 22 futbolçumuz var. Hamısı oyuna hazırdır və bugünkü məşqdə də iştirak edəcəklər. Təbii ki oyunlara görə müəyyən yorğunluq var, amma vaxtında Bakıya gəldik və kifayət qədər dincilə bildik. (sportal.az)
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi