"Çətin oyun oldu. Amma yaxşı nəticə qazandıq. Birinci hissədə komandam yaxşı çıxış etdi və istədiyimizi əldə etdik. Fasilədən sonra Azərbaycan daha yaxşı oynadı. Amma qapımızdan qol buraxmadıq və lazım olan nəticəni qazandıq".
QOL.az xəbər verir ki, bu sözləri İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson Bakıda Azərbaycan komandasına qalib gəldikləri DÇ-2026-nın seçmə matçından sonra təşkil edilən mətbuat konfransında deyib.
O, 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycan millisi nədə sizi təəccübləndirə bildi?
- İlk oyunla müqayisədə daha intensiv və fiziki cəhətdən yaxşı idilər. Hiss olunurdu ki, komanda artırıb. İkinci hissədəki başlanğıcı birinci hissədə gözləyirdim. Lakin bəlkə də bu, bizim komandamızın ilk hissədəki çıxışı ilə əlaqədardır ki, bunu göstərə bilmədilər. Rəqib 0:2 geri düşdükdən sonra azarkeşləri qarşısında təzyiqi artırdılar. Öz komandam da bunlara yaxşı reaksiya verdi.
- Reykyavikdəki görüşdə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş, bu gün isə Ayxan Abbasov idi. Azərbaycan millisində nəsə dəyişiklik gördünüz?
- Azərbaycan millisi ilk oyundakı kimi, eyni sistemdə oynayır. Sadəcə indi daha yaxşı strukturlu idi. Komanda düz, yaxşı yoldadır. Cavanlar da şans qazanırlar. Ukrayna millisinə qarşı görüşdə də xal qazana bilərdilər. İlk qələbə qazanmaq şans məsələsidir. Yaxın zamanda lazımı nəticələr gələcək.
- İkinci yer uğrunda Ukrayna ilə amansız mübarizə gedir. Sizcə, hansı komanda uğur qazanacaq? Fransa - Ukrayna görüşündən gözləntiniz nədir?
- Əla sualdır. Otelə gedəcəm və həmin oyunu izləyəcəm. Ümidvaram ki, Fransa qalib gələcək. Elə olarsa, heç-heçə bizi qrupda ikinci edəcək. Bu gün öz işimizi yerinə yetirmişik. Ukrayna bu gün xal qazansa, o zaman son turda qalib gəlməliyik. Ümidvaram ki, Kilian Mbappe bizi sevindirəcək.
- Bugünkü matçda hakim ədalətli idi?
- İkinci hissədəki epizod zamanı ehtiyat edirdik ki, bəlkə orada penalti var. Amma yaxşı ki, baş hakim 11 metrlik cərimə zərbəsi vermədi (sportal.az).
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi