AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasında 11-ci turun “Qarabağ” – “Neftçi” oyununda yaşananlarla bağlı qərarlar verilib.
Qərarda qeyd edilir ki, matçın 90-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilib.
Oyunun 84-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 3500 manat cərimə edilib. “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 7000 manat cərimə edilib.
“Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Neftçi” komandası 3000 manat cərimə edilib.
Həmçinin bildirilib ki, oyun bitdikdən sonra “Neftçi” komandasının baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandırıb., klub 10000 manat cərimə edilib.
İlham Əliyev: "Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdir"
MEDİA müsabiqə elan etdi
"Bizim vəzifəmiz hər oyunda qalib gəlməkdir"
Çempionlar Liqasında yeni rekord müəyyənləşdirdi
Əfsanəvi futbolçunun oğlu Azərbaycan millisinə 3 qol vurdu
Emin Mahmudov da millinin oyununu buraxa bilər
Ayxan Abbasov: “İslandiya daha çox təzyiq altındadır”
Millimiz seçmə mərhələyə ağır məğlubiyyətlə başladı
Zirkze “Mançester Yunayted”dən ayrıla bilər