Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Centenary” stadionunda təşkil olunan görüş Çexiya seçməsinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.
Həmçinin oxuyun: Buffondan oğlunun gözlənilməz milli seçiminə münasibət
75-ci dəqiqədə Azərbaycan millisinin oyunçusu Hikmət Cəbrayılzadə qırmızı vərəqə alıb. O, 46-cı dəqiqədə oyuna daxil olmuşdu.
Çexiyadan 6 qoldan 3-nü Lui Buffon vurub. O, 2-ci hissədə - 54, 64 və 90 +3-cü dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, sol vinger olan 17 yaşlı Lui Buffon İtaliya millisinin əfsanəvi qapıçısı Canluici Buffonun oğludur. Atasından fərqli olaraq, o, bu ildən başlayaraq əvvəlcə Çexiyanın U-18, sonra isə U-19 milli komandasında oynayır. O, Cexiya millilərində ilk qolunu/qollarını Azərbaycanın U-19 komandasının qapısından keçirib.
Lui Buffon hazırda İtaliya A seriyasında çıxış edən “Piza” klubunun üzvüdür.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar