Almaniya millisinin kapitanı Josua Kimmix Lüksemburqa qarşı keçiriləcək DÇ-2026-nın seçmə oyununda iştirak edə bilməyəcək.
QOL.az xəbər verir ki, çərşənbə günü keçirilən məşq zamanı millinin kapitanının sağ ayağı zədələnib. Məlumata görə, oyunçu komandayla birgə səfərə yollanacaq, ancaq matçda forma geyinməyəcək. Kimmixin qısamüddətli istirahətə ehtiyacı olduğu bildirilir və onun bazar ertəsi Slovakiya ilə matçda iştirak edib-etməyəcəyi hələ də məlum deyil.
Kimmixin heyətdən kənarda qalması həm yarımmüdafiədə, həm də Yulian Naqelsmannın planlaşdırdığı sağ cinah müdafiə mövqeyində böyük boşluq yaradacaq. Onun əvəzinə “RB Leyptsiq”dən Nzuzi Baku start heyətinə daxil olunacaq. Baku bu mövqedə Almaniya üçün sonuncu dəfə 2021-ci ilin noyabrında çıxış edib.
Kimmix ilə yanaşı, “Borussiya”nın (Dortmund) müdafiəçisi Niko Şlotterbek də Hamburqla oyunda ayağından aldığı zədəyə görə Lüksemburqa qarşı oynaya bilməyəcək. Yarımmüdafiədə isə Nadiem Amiri adduktor əzələsindəki zədəsinə görə komandadan ayrılıb və onun yerinə Assan Uedraoqo çağırılıb. Hücumçu Kərim Adeyemi isə cəzalı olduğuna görə Slovakiya ilə oyuna qədər komandada yer almayacaq.
Bütün bu itkilərə baxmayaraq, Almaniya DÇ-2026-nın seçmə mərhələsində birbaşa vəsiqə qazanmaq üçün mübarizə aparmağa davam edir. Yığma hazırda A qrupunda Slovakiya ilə eyni xala malikdir və qol fərqi ilə öndədir. Almaniya millisi Lüksemburqda qələbə qazanarsa, qrup liderliyini təmin edə bilər.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi