Azərbaycan millsinin üzvləri Bakının Kürdəxanı qəsəbəsində məşq edən yeniyetmə futbolçularla görüşüblər.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə millimizin baş məşqçisi Ayxan Abbasov, komandanın direktoru İlqar Qurbanov, futbolçular Rza Cəfərov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə, həmçinin AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirak ediblər.
Kürdəxanı sakini, həvəskar məşqçi Zakir Əliyev öz həyətində uşaqlar üçün kiçik futbol meydançası inşa edib və orada onlara təmənnasız məşqlər keçərək gənc istedadların inkişafına töhfə verməyə çalışır. Onun təşəbbüsü sayəsində qəsəbədə yaşayan bir çox uşaq futbolla məşğul olmaq imkanı qazanıb.
Milli komandanın üzvləri həmin uşaqlarla tanış olub, onların məşqinə qatılıb və səmimi söhbətlər aparıblar. Baş məşqçi Ayxan Abbasov yeniyetmələri futbola olan sevgilərini qorumağa və daim çalışqan olmağa səsləyib.
Görüşün sonunda uşaqlar milli komandanın üzvləri ilə xatirə şəkilləri çəkdirib, avtoqraflar alıblar. Yeniyetmələrə AFFA tərəfindən hədiyyələr və futbol topları təqdim olunub.






Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar