Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turunun İslandiya ilə matçından əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, futbolçu rəqibin güclü komanda olduğunu vurğulayaraq komandasının sabah ən yaxşı performansı göstərəcəyinə inandığını qeyd edib:
"Rəqibi yaxşı tanıyırıq, onlar güclü komandadır. Heyətlərində keyfiyyətli və performansı yüksək olan futbolçular yer alır. Bunu nəzərə alaraq, bizi çətin qarşılaşma gözlədiyini bilirik. Lakin oyuna ciddi şəkildə hazırlaşmışıq və inanıram ki, sabah ən yaxşı oyunumuza şahid olacaqsınız.İnanıram ki, sabah ən yaxşı performansımızı göstərəcəyik".
Futbolçu baş məşqçi Ayxan Abbasovun gəlişindən sonra komandada baş verən dəyişikliklərlə bağlı sualı belə cavablandırıb:
"Çox şey dəyişməyib, amma Ayxan müəllimin gəlişindən sonra komandada milli ruh və möhkəm kollektiv formalaşıb. Hər birimiz yaxşı nəticələr qazanmaq üçün çalışırıq və bunun məsuliyyətini dərk edirik. İnanıram ki, sabah da bunu meydanda göstərəcəyik".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar