“Bavariya”dan Noyerlə bağlı strateji qərar

“Bavariya”dan Noyerlə bağlı strateji qərar
XƏBƏR 13 Noyabr 2025 / 21:45 395
-  A +

“Bavariya” qapıçısı Manuel Noyerlə müqaviləni yeniləmək qərarına gəlib. 

QOL.az xəbər verir ki, yeni müqavilə şərtlərinə əsasən, almaniyalı qapıçı Münhen klubunun heyətində 2027-ci ilin yayına qədər çıxış edəcək. Bildirilir ki, müqavilə ilə bağlı danışıqlar dekabr ayında başlayacaq. Klub Noyerin oyunundan və yeni zədələrdən qorunmaq üçün həyat tərzində etdiyi müsbət dəyişikliklərdən razıdır. Təcrübəli qapıçı hər gün komandanın fizioterapevti ilə məsləhətləşir və əsas məşqlərdən əvvəl və sonra əlavə fiziki tapşırıqlar yerinə yetirir.

Qeyd edək ki, cari mövsümdə Noyer bütün turnirlərdə “Bavariya”nın heyətində 13 oyun keçirib və 6 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Daha çox


Son xəbərlər