"Qarabağ"ın və İslandiya millisinin sabiq qapıçısı Hannes Haldorsson AFFA-nın mətbuat xidmətinə müsahibə verib.
QOL.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan - İslandiya matçı, ölkəmizdəki çıxışı və "Qarabağ" haqda sualları cavablandırıb.
- Azərbaycan və İslandiya yığmaları arasında keçiriləcək qarşılaşmadan gözləntiləriniz nələrdir?
- Oyun çətin olacaq. Reykyavikdə İslandiya çox yaxşı çıxış etmişdi, amma Azərbaycan evdə həmişə güclü oynayır. Ukrayna ilə öz meydançasındakı matçda qeydə alınan nəticə bunu göstərir. Buna görə də bizi çox çətin qarşılaşma gözləyir.
- Ukrayna ilə qrupda ikinci yer uğrunda mübarizə baxımından bu görüş İslandiya üçün həlledici sayıla bilərmi?
- Bəli, tamamilə həlledici oyundur. İslandiya ümidlərini son tura qədər qorumaq üçün mütləq qalib gəlməlidir.
- Reykyavikdəki ilk oyundan sonra Azərbaycan millisinin baş məşqçisi dəyişib. Sizcə, bu dəfə əvvəlkindən fərqli ssenari görə bilərikmi?
- Bəli, şübhəsiz fərqli olacaq. Azərbaycan evdə daha güclüdür və yeni baş məşqçi adətən komandaya əlavə motivasiya gətirir. İslandiya bunun fərqində olmalı və oyunda bütün gücünü ortaya qoymalıdır.
- 2018/2019-cu illər mövsümündə Azərbaycanda “Qarabağ”ın formasını geyinmisiniz və həmin komandadan bir neçə futbolçu indi milli yığmamızın üzvüdür. Bu, qarşıdakı oyunu sizin üçün daha çətin və ya emosional edirmi?
- Bəli, bu, matçı mənim üçün daha maraqlı edir. Reykyavikdəki görüşü izləmişdim, Şahruddin Məhəmmədəliyev, Mahir Emreli və digər sabiq komanda yoldaşlarımı meydanda görmək xoş idi. Şahruddin bir neçə möhtəşəm qurtarış etdi və əslində həmin oyunda əlindən gələni əsirgəmədii. Mahir də karyerasında çox irəliləyib.
- Azərbaycanda futbolçu kimi keçirdiyiniz günləri necə xatırlayırsınız?
- Bakıda keçirdiyim günlərə böyük və xoş xatirə kimi baxıram. Bu, mənim həyatımda çox dəyərli bir təcrübə idi. Ailəmlə birlikdə Azərbaycanı tanımaqdan məmnunam. Hələ də yaxın dostum Nurlan Hüseynovla əlaqə saxlayıram və ona salamlarımı çatdırıram.
- Sonda, “Qarabağ”ın cari mövsümdə UEFA Çempionlar Liqasındakı çıxışı barədə fikirləriniz necədir?
- “Qarabağ”ın uğurlarına çox sevinirəm. Bu mövsüm əldə etdikləri nəticələr heyrətamizdir və bu da İslandiya üçün qarşıdakı oyunun nə qədər çətin olacağını göstərir. “Qarabağ” böyük klubdur və onlara gələcəkdə uğurlar arzulayıram.
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqada debüt edə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu
"Barselona"nın 4 qollu qələbəsi - Video
"Qalatasaray"ın qələbəsi - Video
Toral "Bursaspor"da daha bir oyuna çıxdı
Renat Dadaşov Ukraynada debüt etdi
"Zirə" - "Qarabağ" matçından - Video
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı