“Son oyunlar göstərdi ki, millimizdə əzmkarlıq, ruh yaranıb. Buna görə də deyə bilərik ki, İslandiya son görüşdəki (0:5) kimi gəzə-gəzə 5 dənə qol vura bilməyəcək”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov deyib.
Hazırda “Araz-Naxçıvan”ın məşqçilər korpusunda yer alan gənc mütəxəssis yığmamızın DÇ-2026-nın seçmə mərhələsində sabah İslandiya ilə keçiriləcək oyunu haqda danışıb. O, Bakıdakı matçda millimizin yaxşı nəticə qazanacağına inandığını bildirib: “İndi istəkli bir komandamız var. Ayxan Abbasov tədricən oyun sistemini tətbiq edir. Çoxdan arzualyırdıq ki, əzmkar, istəkli bir millimiz olsun. Hətta uduzsaq belə, ürəklə oynayan komanda görmək istəyirdik. İndi bu komanda tədricən yaranır. Biz həm Fransa, həm də Ukrayan ilə oyunlarda daha yaxşı komanda gördük. İnanıram ki, İslandiya ilə görüşdə də belə mübariz heyətin şahidi olacağəq”.

Ə.İsmayılov qeyd edib ki, əcnəbi mütəxəssislərin millimizə başçılıq etdiyi dövrlə müqayisədə Ayxan Abbasovun baş məşqçi təyinatından sonra komandada çox şey dəyişib: “Heç kim gəlib bizi başıaşağı edib getməməlidir. İnanıram ki, daha belə olmayacaq. Ayxan Abbasov bunu bacardı. Əvvəllər kim gəlirdi, rahat 4-5 dənə top vurub gedirdi. Sanki belə də olmalıdır. Amma indi inanmıram ki, kimsə bizimlə rahat oynasın. Milidə çox dəyişiklik var. Taktiki, texniki tərəflərindən danışmıram, oyunlarda görürük. İnanıram ki, Ayxan Abbasov millini, ölkəmizi düşünən, himni oxuyan bir komanda formalaşdıracaq. Bizə belə bir komanda lazımdır”.
Ə.İsmayılov millimizin növbəti turda Bakıda Fransa ilə keçiriləcək görüşü haqda da fikirlərini bölüşüb: “Fransanın gücünə hamı bələddir. Bizim millimizlə heç bir cəhətdən müqayisə oluna bilməz. Təbii ki, ehtiyatlı oyuna üstünlük verməliyik. Belə güclü rəqiblərlə görüşdə biz əsas komandamızın əzmkarlığına, mübarizliyinə fikir veririk. Məncə, nə qədər güclü rəqib olsa da, bu görüşdə də millimiz ən azından layiqli mübarizə aparacaq”.
37 yaşlı məşqçi onu da qeyd edib ki, hazırda millimiz üçün heyət seçimi o qədər də asan deyil: “Şəxsi fikrim odur ki, Ayxan müəllimin əlində istənilən material yoxdur. Milli komanda üçün seçim azdır. Amma yenə də milliyə ən yaxşı futbolçular cəlb olunub. Onsuz da, Ayxan Abbasov işlədiyi klublarda həmişə heyət kasadlığa ilə üzləşib. Amma biz görmüşük ki, o, istənilən yerdə, istənilən komanda ilə uğurlu ola bilib. İnanıram ki, milli komandada da bunu bacaracaq”.
Ramiq Ağaməmmədov
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqada debüt edə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu
"Barselona"nın 4 qollu qələbəsi - Video
"Qalatasaray"ın qələbəsi - Video
Toral "Bursaspor"da daha bir oyuna çıxdı
Renat Dadaşov Ukraynada debüt etdi
"Zirə" - "Qarabağ" matçından - Video
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı