İslandiyaya yenə uduzduq

İslandiyaya yenə uduzduq
DÇ-2026 13 Noyabr 2025 / 22:52 6161
-  A +

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 5-ci tur matçına çıxıb.

QOL.az xəbər verir ki, Ayxan Abbasovun komandası evdə İslandiya ilə qarşılaşıb. 

Oyun İslandiyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi Fernandu Santuşun baş məşqçilik etdiyi dövrdə - sentyabrın 5-də İslandiya yığmasına səfərdə 0:5 hesabı ilə uduzmuşdu. 

Qeyd edək ki, millimiz noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanı qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək. 

DÇ-2026, seçmə mərhələ, 5-ci tur

13 noyabr

D qrupu

21:00. Azərbaycan - İslandiya - 0:2 

Qol: Albert Qvüdmündsson, 20, Sverrir İqnason, 39

Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro)

VAR: Momçilo Markoviç (Serbiya)

AVAR: Aleksandar Jivkoviç (Sebiya)

Bakı, 8-ci km. stadionu

23:45. Fransa - Ukrayna


Son xəbərlər