UEFA Çempionlar Liqasının növbəti - 5-ci turunda “Qarabağ”ın rəqibi olan “Napoli”nin baş məşqçisi Antonio Konte komandasını qısamüddətlik köməkçisinə həvalə edib.
QOL.az xəbər verir ki, baş məşqçi milli komandaların oyunları üçün yaranan fasilə dövründə istirahətə yollanıb. Klub A Seriyasının 11-ci turunda “Bolonya”ya 0:2 hesabı ilə uduzandan sonra italiyalı mütəxəssis qısamüddətli fasilə götürüb. Onun 17 noyabrda geri qayıdacağı bildirilir. Məlumata görə, Konte bu bir həftəlik fasiləni öncədən klubla razılaşdırıb. Hazırda o, Turin şəhərindədir. Komandanı məşqlərə baş məşqçinin köməkçisi Kristian Stellini hazırlayır.
Qeyd edək ki, İtaliya çempionatında 11 turdan sonra “Napoli” 22 xal toplayaraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb və liderlər “İnter” və “Roma”dan 2 xal geri qalır. Çempionlar Liqasında isə komanda 4 oyundan 4 xalla 24-cü yerdədir.
Xatırladaq ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olacaq. Komandalar arasındakı qarşılaşma noyabrın 26-da (Bakı vaxtı ilə 00:00) İtaliyada baş tutacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar