“Oyun çətin keçdi. Meydançanın belə olacağını gözləmirdik. Bu cür ağır meydançada xarakter göstərmək lazım olduğunu bilirdik. Sürət baxımından hər iki komanda çətinlik çəkirdi”.
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 10-cu turunun "Turan Tovuz"la matçından (1:2) sonra keçirilmiş mətbuat konfransında deyib.
O bildirib ki, bu gün hər iki komanda bir xala layiq idi: “Təəssüf ki, ikinci hissədə 2 real qol epizodundan istifadə edə bilmədik. Rəqib isə bir epizoddan yararlandı. Bu cür meydançada futbol oynadıq. Futbolçularıma təşəkkür edirəm. Rəqib bizdən daha təcrübəli, daha geniş heyətə malikdir. Davam edəcəyik, mübarizə qarşıdadır. Tovuz azarkeşlərini təbrik edirəm, çoxdandır ki, gözlədikləri günləri gördülər".
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Sizə elə gəlmirmi ki, oyun sərt və kobud formada keçdi?
- Mənə elə gəlmir. Meydança onu tələb edirdi. Meydançaya da heyfsləndim ki, çox əziyyət çəkiblər... Mənim də arzum idi ki, "Turan Tovuz" süni örtüklü meydançadan təbii örtüklü meydançaya keçsin. Məncə, tələsdilər. Nə qorxulu idi? Pis zədələr ola bilərdi. Çünki ot yerində qalmırdı. Amma nə edək, oynamaq lazım idi. Meydança sərt oyunu tələb edirdi.
- Millidən...
- Millidən danışmayacam. Rəqib baş məşqçilər bir az etiraz edirlər. Mətbuat konfransı çox çəkdiyi üçün. Allah qoysa, millinin mətbuat konfransında suallarınıza cavab verərəm. Keçən həftə Qəbələdə də oldu, məşqçilər etiraz edir ki, Ayxan Abbasovun mətbuat konfransı çox çəkir, millidən danışır. Buna riayət edək. Vacib suallarınıza cavab verəcəm.
- Tovuz stadionunun əvvəlki süni örtüklü meydançası yaxşı idi, yoxsa indiki təbii örtüklü meydança?
- Bura yaxşı olacaq. Lazım idi. Gördükləri işə qiymət verək. Sadəcə oyun millinin oyunları zamanı yaranan fasiləsindən sonra keçirilsəydi, meydança da daha mükəmməl olacaqdı. Məncə, meydança hazır deyildi.
- Bəs, Şamaxıdakı stadionunun süni örtüyü nə vaxt təbii örtüyə dəyişdiriləcək?
- Tovuzdakı stadionun ot örtüyünün dəyişdirilməsinə sevinirəm. Bu, bizim futbolumuza lazımdır. Bunu deməliyik. Bir az da həvəsləndirməliyik. "Turan Tovuz" rəhbərliyini, Tovuzu təbrik edirəm ki, böyük iş görüblər. Ümid edirəm ki, Premyer Liqada çox komanda olar və hamı təbii örtüklü meydançada oynayar (sportal.az).
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"