"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 8-ci turunda doğma meydanda "Araz-Naxçıvan"la (2:2) keçirilən görüşü şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Neftçi" bu gün bir xal qazandı, yoxsa iki xal itirdi?
- Nəsə demək çətindir. Qəliz oyun alındı. Özümüzə də anlaşılmaz qalan bəzi şeylər oldu. 1:0 udurduq, o vaxta kimi çox yaxşı oynayırdıq, üstünlük bizdə idi. Qol vurandan sonra geriyə oturduq nədənsə. Bunun səbəbi istəkdən irəli gəlmirdi, plan da yox idi. Çox top itirdik. Xüsusilə də ortada. Onda da üstünlük rəqibə keçdi və qol vurdular. İkinci hissəyə başlayanda uşaqlarla danışdıq. Çox şeyi dəyişmək istəyirdik ki, müdafiəçimizin səhvindən qol buraxdıq. İkinci hissə başlayanda planlar nə idisə, sona qədər elə oynadıq. Futbolçular ruhdan düşmədilər. Epizodlarımız var idi, üstünlük bizdə idi. Bu gün kim qazandı, kim itirdi, demək çətindir. Bu, həmin oyunlardan biridir ki, dərhal reaksiya verib, nəsə deyə bilmirsən. Təhlil etmək lazımdır. Üzücü olan odur ki, qərarlarımızda çox problem görünürdü. Son ötürmələr... Cərimə meydançasına çatanda səhv qərarlar verirdik. Bu həftə birlikdə çox məşq etmədik. Millidə olan oyunçularımız var idi. Bu vaxta kimi hazırlaşdığımız kimi, hazırlaşa bilmədik. Oynadığımız oyuna bəhanə deyil. Özüm də deyə bilmirəm ki, qazandıq, yoxsa itirdik.
- 1:0-dan sonra nə dəyişdi ki, müdafiəyə oturdunuz?
- Bu, tapşırıq deyildi. Bütün planlarımızı qol vurmaq üçün hazırlamışdıq. Bu da baş verdi. Fikirləşirdik ki, basqı yaradacağıq. Özüm də niyə bu qədər top itkilərinə yol verdiyimizi bilimirəm. Rəqibin üstünlüyü ələ keçirməsinin səbəbi özümüz idik. Nə qədər foullar oldu. Çox çətindi nəsə demək.
- Birinci qolda mərkəz müdafiəçilərinin səhvi var idi?
- Sistematik idi. Mərkəz müdafiəçilərimiz ondan əvvəlki epizoda fokuslanmışdılar. Bu da bizim günahımızdır. Öyündüyümüz müdafiə xəttində səhvə yol verdik. Heç-heçənin səbəbi 1:0-dan sonra oynadığımız futboldadır.
- Vensan Abubakarla görüşmsüz?
- Onun gəlişi bizə çox yaxşı təsir göstərəcək. Hər bir futbolçu yanında təcrübəli, keyfiyyətli oyunçu görəndə, onun keyfiyyətinə uymağa çalışır. Abubakarla danışmağa vaxtımız olmayıb. Görüşməmişik. Şəxsi söhbətimiz olmayıb. Sabahdan məşqlərə qoşulacaq, danışacağıq.
- Müdafiə xətti eyforiyada deyildi?
- Niyə eyforiyaya qapılsınlar? Turnir cədvəlindəki yerimiz o deyil ki, müdafiəyə rahatlıq versin. Onlar əksinə elə diqqətli olmalıdırlar ki, oyunları uduzmayaq. Səhvlərdi də olur.
- Metyu İfeanyinin oyunun necə dəyərləndirirsiz?
- Metyu hücuma enerji qatdı. Oyuna çox yaxşı girdi. Ortada ötürmələri,hərəkətliliyi xeyrimizə oldu.
- İdrissa Dumbiya haqda fikriniz necədir? Komandada yarımmüdaifəçi çoxdur sanki..
- Çoxluq haqda bir söz deyə bilmərəm. Metyu da, İdrissa da alınsa, çox deyil. Lazım olan qədərdir. Dumbiya məsələsində müzakirələr gedir. Yaxın günlərdə necə olacağını biləcəyik.
- Hesab 2:2 olarkən, Murad Məmmədov və Ağadadaş Salyanskini oyuna buraxdız. Bu, risk deyildi?
- Bizə hücumda daha effektli olsun deyə, həmin oyunçuları meydana buraxdıq. Murad kreativdir. Həmin cinahlarda daha da gümrah oyunçu olmasını istədik.
- Keysuke Hondanı transfer edəndə çempion oldunuz, indi daha bir ulduz gəldi. Dejavü yaşana bilər? Oyunu ilə olmasa da, psixoloji sarıdan komandaya güc vermək üçün dəvət etmisiz?
- Belə düşünənlər də var. Mən əksini düşünürəm. Abubakar rəqiblər üçün motivasiya ola bilər. Biri var digərlərinə qarşı oynamaq, biri də var Abubakara qarşı yaxşı oynamaq onları ucaldır. Bu da bizə bəlkə əks təsir edə bilər. Hücumda problemlərimiz var idi, qol vurmaq problemimiz var idi, onu çözmək baxımından gətirmişik(sportal.az).
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər
Cerrardın yeni klubu məlum oldu
Mbappe 500-ə çatdı
“Napoli”nin 6 oyununu buraxacaq
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu
Konte “Mançester Yunayted”i çalışdırmağa hazırdır
“Real”ın futbolçusu məhkəmə qarşısına çıxacaq
Neymar: “Yamal dünyanın ən yaxşı futbolçusudur”
Şeydayev oynadı, komandası qalib gəldi
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı - Video
Mahirin komandasından mövsümdə ikinci qələbə
Futzal millimiz Çexiyaya uduzdu
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi