"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsində "Benfika" üzərindəki tarixi səfər qələbəsi (3:2) dünyanın idman mediasının da diqqətini çəkib. 8 il fasilədən sonra yenidən ÇL-in əsas mərhələsinə qayıdan Qurban Qurbanovun komandası yarışın qrup/liqa mərhələsində qalib gələn ilk Azərbaycan klubu olub.
QOL.az xəbər verir ki, Ağdam komandasının güclü rəqibi qarşısında sensasiyalı qələbəsi barədə nüfuzlu media qurumları da yazı hazırlayıblar, xəbərlər veriblər.
İspaniyanın "Marca" nəşri bu barədə verdiyi yazıya "Qarabağ" Çempionlar Liqasına dönüşündə tarix yazdı – Lissabonda Benfika üzərində qazandığı 2-3 hesablı qələbə ilə" başlığı verib.
Qeyd edilir ki, oyunun ilk 16 dəqiqəsində iki qol fərqi ilə geri düşmələrinə baxmayaraq, Azərbaycan çempionu ruhdan düşmədi, geridönüş edərək qrup mərhələsindəki ilk üç xalını əldə etdi. "Estadio da Luş" (Da Luz stadionu) isə matçın sonunda yerli komandanı fit səsləri ilə yola saldı."Portuqaliya və Azərbaycan komandaları arasında keçirilən ilk oyunu, gözlənilməz şəkildə, azərbaycanlılar qazandı" - deyə yazıda bildirilir.
İspaniyanın başqa bir nəşri "Mundo Deportivo" oyun barədə yazını "Qarabağ" "Benfika"nı məyus etdi və tarixi qələbə qazandı" başlığı ilə təqdim edib.
Yazıda bildirilib: "2017/18 mövsümündə Çempionlar Liqasında "Qarabağ" Dieqo Simeonenin çalışdırdığı "Atletiko Madrid"ə qarşı iki dəfə problem yaratmışdı. O vaxtdan bəri heç kim bu komandaya asanlıqla qalib gələcəyini zənn etmir. İndi isə "Benfika" da onlara qarşı xoş xatirələr saxlamayan klublar siyahısına qoşuldu. Portuqaliyalılar 2-0 öndə başladılar, amma oyun 2-3 hesabı ilə başa çatdı. Yadda qalan bir geridönüş.
Bruno Lagenin komandası evdə və öz azarkeşləri qarşısında sanki rahat bir qələbə qazanacaqmış kimi görünürdü, amma şənlik xoş sonluqla bitmədi".
İtaliyanın "La Gazetta della sport" qəzeti xəbəri "Qarabağ" təəccübləndirdi, əla oyunla qələbə qazandı" başlığı ilə yayımlayıb.
Böyük Britaniyanın BBC media qurumunun saytında Charlotte Coatesin yazısında qeyd edilir ki, "Qarabağ" "Benfika" üzərində inanılmaz bir geri dönüş edərək tarix yazdı və Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası oldu.
"Avropanın ən nüfuzlu turnirinə səkkiz ildən sonra ilk dəfə vəsiqə qazanan Qurban Qurbanovun komandası oyunun ilk 16 dəqiqəsində Enzo Barrenechea və Vangelis Pavlidisin qolları ilə 2:0 hesabı ilə geri düşdü.
Azərbaycan çempionları 30-cu dəqiqədə Leandro Andradenin gözəl qolu ilə hesab arasındakı fərqi azaltdılar, daha sonra komanda yoldaşı Kadi Borgesin zərbəsi dirəyə tuş gəldi. Fasilədən üç dəqiqə sonra Qurbanovun komandası "Estadio da Luz" stadionunu susdurdu. Marko Yankoviçin müdafiəni yaran ötürməsi ilə Kamilo Duran Çempionlar Liqasında debütündə topu ustalıqla uzaq küncə göndərdi və hesabı bərabərləşdirdi.
Əvəzlənərək oyuna daxil olan Oleksey Kaşuk isə tarixi qələbə qolunu oyunun bitməsinə beş dəqiqə qalmış vurdu — qapıya arxası dönük vəziyyətdə topu qəbul edib, çevrilərək möhtəşəm şəkildə qola çevirdi. "Qarabağ"ın oyunçuları və məşqçiləri final fitindən sonra diz çökərək qələbəni qeyd etdilər. Bu, onların əvvəlki Çempionlar Liqası kampaniyasını iki heç-heçə və dörd məğlubiyyətlə başa vurduqdan sonra böyük bir nailiyyət oldu. Qurban Qurbanov və komandası növbəti turda evdə "Kopenhagen"i qəbul edəcək".
İngiltərənin "TNT Sports" qurumu yazıb ki, "Qarabağ" Oleksiy Kaşukun "Benfika"ya son dəqiqələrdə vurduğu qol ilə böyük sensasiyalardan birinə səbəb oldu".
Qardaş Türkiyənin mediası da "Qarabağ"ın tarixi uğurunu geniş işıqlandırıb. "Fanatik" qəzeti bu haqda yazısının başlığı belə olub: "Qarabağ" Çempionlar Liqasında tarix yazdı, "Benfika" yıxıldı".
Yutubda yayımlanan məşhur "Kontraspor" verilişinin sosial media hesabı "Qarabağ"lı futbolçuların şəklini böyük hərfərlə tarix yazdı sözləri ilə paylaşıb.
beinsports.com.tr saytının başlığı: "Çempionlar Liqasında gecənin sürprizi Qarabağdan gəldi! Möhtəşəm geridönüş".
"NTV Spor" yazısına "Qarabağ" tarix yazdı, Avropa şoka" düşdü başlığı verib.
Tarixi qələbəni Rusiya mediası da işıqlandırıb. "Matç TV" kanalının sosial media səhifəsi paylaşımına bu sözləri yazıb: "Qarabağ" "Benfika"nı məğlub etdi! Onlar Portuqaliyanın TOP klubuna qarşı səfərdə möhtəşəm geridönüş etdilər. Azərbaycanlılar üçün fantastik start. Bunu ümumiyyətlə gözləyən var idimi?"
"Sport-ekspress"in başlığı: "Çempionlar Liqasının ilk sensasiyası: "Qarabağ" 30-cu dəqiqədə 0:2 geridə olmasına baxmayaraq, "Benfika" üzərində qələbə qazandı".
Qazaxıstanın sports.kz saytı isə yazını "Qarabağ"ın sensasiyalı geridönüşü tarixi oldu" başlığı ilə verib.
UEFA Çempionlar Liqasının rəsmi səhifəsi "Qarabağ"la bağlı paylaşımı "Biz geri döndük, həm də necə!" sözləri ilə yayımlayıb.
Yuxarı
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq