Xorvatiya çempionatında ikinci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” səfərdə “Slaven Belupo”nun qonağı olub.
24 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilsə də, onun yeni klubunda rəsmi debütu yenə baş tutmayıb. Rüfət matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.
Onun yoxluğunda komandası 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, 2 turdan sonra 1 xalı olan “Varazdin” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.
Abdullazadənin komandası üçüncü turda öz meydanında “Osiyek”i qəbul edəcək. Avqustun 17-də keçiriləcək həmin görüş Bakı vaxtı ilə 20:45-də start götürəcək.
La Liqada 400-cü oyun
Simiç tarixə belə düşdü
Avropa Liqasında 12 oyun
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı