Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün "Kayzerslautern"in heyətində rəsmi debüt edib.
QOL.az xəbər verir ki, onun komandası 2-ci Bundesliqada yeni mövsümün ilk oyununda "Hannover"in qonağı olub.
Mahir Emreli qarşılaşmanın start heyətində yer alıb. O, 67-ci dəqiqədə Richmound Tachie ilə əvəzlənib.
Oyun "Hannover"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Aseko Nkili vurub.
Qeyd edək ki, M.Emreli bu yay "Kayzerslautern"lə 3 illik müqavilə imzalayıb. O, yeni mövsümə hazırlıq çərçivəsində keçirilən 5 yoxlama oyununda iştirak edib və 3 qol vurub.
La Liqada 400-cü oyun
Simiç tarixə belə düşdü
Avropa Liqasında 12 oyun
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı