"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda keçiriləcək "Şelburn"a qarşı matçdan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:
- Çox yaxşı bir komandaya qarşı oynayırıq. Bu komanda haqqında ancaq xoş sözlər demək olar. Çünki bu komandanın oyununu həm də canlı izlədim. Özünəxas oyun üslubu və bunu düzgün yerinə yetirən futbolçuları var. Çox intizamlı və fiziki cəhətdən yaxşı olan oyunçuları var. Rəqibin oyun təcrübəsi bizdən biraz yuxarıdır. Çünki onlar həm çempionatlarında oyunlarını davam etdirirlər, həm də artıq Çempionlar Liqasının təsnifat mərhələsində 2 oyun keçiriblər. Ona görə idman forması baxanda, böyük ehtimal, bizdən daha yaxşı durumdadırlar. Hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq. Sabahkı oyunda mütləq çalışmalıyıq ki, səhvsiz oynayaq. İnanıram ki, ən azından azarkeşlər üçün maraqlı oyun olacaq. Baxmayaraq ki, azarkeşlərin sayı burada azdır, amma sanki 10-15 minlik stadionda oynayırsan. Çünki onların azarkeşlərinin sayı az olsa da, istəklərini Belfastda canlı gördüm.
- Təhlükəni daha çox nədən gözləyirsiniz?
- Çox istəklidirlər. Həmçinin öz oyun sistemlərini düzgün yerinə yetirirlər: həm sürətli əks-hücumları, həm də mövqelərində hücuma yaxşı hazırlaşan komandadır. Standart vəziyyətlərdə də təhlükəlidirlər. Ümumi olaraq hər elementdə təhlükəlidirlər. Buna görə də mən dedim ki, sabah biz çalışmalıyıq, az səhv edək. Öz bacarığını üzə çıxaran və bir-birini yaxşı tanıyan kollektivdir.
- "Qarabağ" Avropada böyük təcrübəyə malikdir, uzun illərdir ardıcıl olaraq qrup mərhələsində iştirak edir. Bunun sirri nədir?
- Sirr deməzdim, sadəcə klub öz işinə çox ciddi yanaşır. Rəhbərlik səviyyəsində elə iş qurulub ki, hər il ən azından uğur qorunub saxlanılmalıdır deyə bir prinsip var. Həmişə çalışmışıq ki, istəkli kollektivimiz olsun. Bəzi dəyişikliklərə baxmayaraq, bunu qoruya bilmişik. Əfsuslar olsun ki, problemlər hər il olur. Bəzən düşündüyümüz nəticələri əldə edə bilmirik. Amma bəli, 11 il qruplarda oynamağı böyük uğur sayırıq. Amma bəzən düşündüyün kimi alınmır.
- Bir neçə il əvvəl İrlandiyada "Dandolk"la qarşılaşma var idi. Həmin matçda heç-heçə qeydə alınımışdı və Bakıda qələbə qazanaraq mərhələni keçmişdiniz. Sabah da heç-heçə qeydə alınsa, buna necə yanaşarsınız?
- Ola bilər ki, minimal hesablı məğlubiyyət də bizə sərf etsin. Çünki ikinci oyuna daha yaxşı hazırlaşmaq imkanımız olacaq. Amma dediyim kimi, bizi çox istəkli və intizamlı komandaya qarşı oyun gözləyir. Ona görə yox ki, rəqibə tərif verirəm. Onlar bunu haqq edirlər. Bir-birilərini tamamlayan futbolçuları var. Əsas da öz stadionlarında, azarkeşləri qarşısında çox alışıb yanan kollektivdir. Ona görə bu stadionda oynamaq heç də asan deyil. Bu gün bu kollektiv istənilən komandaya qarşı oynamağa bacardığını göstərir. Onlar həm fiziki, həm texniki, həm də sistem baxımından keyfiyyətlidirlər. Ona görə də sabahkı oyunda hər bir nəticə ola bilər. Əvvəlcədən bir şey deyə bilmərik. Ola bilər, bizə bərabərlik, ya qalibiyyət sərf etsin. Ya da minimal hesablı məğlubiyyət. Hər bir halda qalib cavab oyununda bilinəcək.
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı