“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev komandasının yeni mövsümə hazırlığından danışıb.
Uzun müddətdir zədədən əziyyət çəkən müdafiəçi QOL.az-a açıqlamasında artıq məşqlərə başladığını da bildirib:
“İyulun 1-də məşqlərə start vermişik. Hazırda testlərdən, müayinələrdən keçirik. Sabah məşqlər yenidən bərpa olunacaq. 5-6 ay meydana çıxa bilmədim. Şükürlər olsun ki, zədəm artıq tam sağalıb. Komanda ilə tam olaraq məşqlərə başlamışam. Yaxşı hazırlaşıb yeni mövsümə əla formada başlamağa çalışacam”.
Ş.Əliyev yeni mövsümdə çempionatda daha iddialı olmaq üçün çalışdıqlarını deyib: “Heyətimizdə yeni oyunçular var. Amma gələnlər yenə olacaq. İnanıram ki, onlar komandanın gücünə güc qatacaq. Çalışacağıq ki, ötən mövsüm etdiyimiz səhvləri təkrarlamayaq. Çempionata daha yaxşı hazırlaşmalıyıq. Türkiyədə 4 yoxlama oyunumuz nəzərdə tutulub. Bu görüşlərdən də maksimum yararalanacağıq. Qarşımızda 1 ay vaxt var. İnşallah, komanda kimi yaxşı hazırlaşıb, daha iddialı olmağa çalışacağıq”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri