Azərbaycan Prezidenti İlham Əliyev futbol üzrə Özbəkistan milli komandasının dünya çempionatının final mərhələsinə çıxması münasibəti ilə Özbəkistanı təbrik edib.
QOL.az xəbər verir ki, bu haqda İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasında bildirilib.
Prezident İlham Əliyev deyib: “Həmçinin qardaş Özbəkistanı tarixi hadisə - futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etmək istərdim. Bu, Özbəkistanın dünyanın aparıcı idman dövlətləri sırasında olduğu Yay Olimpiya Oyunlarından sonra son dövrlərdə idmanda ikinci tarixi nailiyyətidir. Bu nailiyyət həm də çox böyük potensialdan - insan potensialından, gənclik potensialından və təbii ki, dövlətin və Prezidentin düzgün siyasətindən xəbər verir. Biz buna öz uğurumuz kimi sevinirik. Əminəm ki, siz orada, o cümlədən Azərbaycanı da təmsil edəcəksiniz”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Prezident İlham Əliyevi Azərbaycanın minifutbol komandasının dünya çempionu olmasına görə təbrik edib: “İlham Heydər oğlu, mən də Sizi təbrik etmək istəyirəm - Azərbaycanın minifutbol komandası dünya çempionudur. Böyük futbola bir addım qaldığını gördük və həqiqətən də sevindik”.
Şavkat Mirziyoyev mətbuat üçün verdiyi bəyanatda isə Özbəkistan və Azərbaycanın dünya çempionatını birgə keçirməklə bağlı müvafiq quruma müraciət olunmasını təklif edib.
"Mən, həmçinin futbol komandamıza görə də İlham Heydər oğluna çox təşəkkür edirəm. Bu, təsadüfi deyil, çünki biz İlham Heydər oğlu ilə idman barədə çox danışırıq. Azərbaycanın minifutbol üzrə yığmasını bir daha təbrik edirəm. Onlar dünya çempionu oldular. Təbrik edirəm. Biz Azərbaycan futbolçularının uğurlarına sevinirik. Qərara aldıq FIFA-ya birlikdə müraciət edək ki, Azərbaycan və Özbəkistan bu kateqoriyada futbol üzrə dünya çempionatını birgə təşkil etsinlər. Düşünürəm ki, bu, gənclərimiz üçün ortaq uğur olacaq" - deyə Özbəkistan Prezidenti bildirib.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər