Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan Sloveniyanın "Sele" klubunun baş məşqçisi Albert Riera püşkü dəyərləndirib.
QOL.az xəbər verir ki, ispaniyalı mütəxəssis klubun saytına müsahibəsində deyib ki, "Sabah"ı təhlil etmək üçün vaxtları çoxdur:
"Püşkatma zamanı azarkeşlər və futbolçular rəqiblərlə bağlı hesablamalar aparır. Amma unutmaq olmaz ki, hər bir komanda daxili çempionat və ya kubok vasitəsilə avrokuboklara vəsiqə qazanır. Bu da onların ciddi rəqib və keyfiyyətə malik olması deməkdir. İlk maneəmiz “Sabah” olacaq ki, qarşılaşmaya hələ çox vaxtımız var. Rəqibi hərtərəfli təhlil edə biləcəyik. Ötən mövsüm güclü rəqiblərə qarşı hər matçda çox yaxşı çıxış etdiyimiz üçün özümüzə inanırıq".
A.Riera ötən mövsüm Konfrans Liqasının 1/4 finalına qədər irəliləmələrinin onlarda inam yaratdığını, ancaq bunu unutduqlarını, yeni məqsədlər üçün oynayacaqlarını bildirib: "Hər mövsüm fərqlidir. Ötən mövsüm əldə etdiyimiz şey fantastik idi. Biz təkcə klubun deyil, bütün ölkənin fəxr edə biləcəyi Sloveniya klub futbolunun tarixini yazdıq. Bu bizim üçün çox şey deməkdir. Futbolda keçmişlə yaşamaq olmaz. Hər mövsüm yeni motivasiya tapmalı, yeni məqsədlər qoymalı və onlara çatmaq üçün hər şeyi etməlisən. Yeni mövsümə də bu düşüncə ilə daxil oluruq. Biz kim olduğumuzu bilirik, heç kimdən qorxmuruq. Çünki istənilən rəqiblə rəqabət apara biləcəyimizi sübut etmişik. Biz yeni uğurlara can atırıq".
Qeyd edək ki, “Sabah” “Sele”yə qarşı ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə iyulun 17-də səfərdə keçirəcək.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri