"Nürnberq"dən ayrılan Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniya klubu ilə vidalaşıb.
QOL.az xəbər verir ki, 27 yaşlı hücumçu bununla bağlı İnstaqram hesabında paylaşım edib.
O, alman dilində yazdığı vida mesajında qeyd edib: "Hər bir futbolçunun karyerasında elə klublar olur ki, onlar sadəcə yolun bir hissəsi olmur, insanın bir parçasına çevrilir. Mənim üçün "Nürnberq" məhz belə bir klub oldu.
Azərbaycanlı bir futbolçu üçün Avropanın ən tarixi klublarından birində oynamaq böyük qürur mənbəyidir. Amma bundan da dəyərli şey yalnız meydanda olmaq deyil, əsl əfsanə olan Miroslav Kloze ilə çalışmaq imkanı idi. Bu, mənim uşaqlıq arzumun gerçəkləşdiyi an idi.
Əziz "Nürnberq" ailəsi, siz mənə güvəndiniz və mən də bu formanı hər dəfə geyindikdə, vurduğum hər qolda, apardığım hər mübarizədə sizi qürurlandırmağa çalışdım. Bu formanı yalnız bədənimdə deyil, qürurla ürəyimdə daşıdım. Çünki arxamda siz vardınız – əziz azarkeşlər!
Bu gün "Nürnberq"dən ayrılıram, amma arxa fonda hələ də sizin səslərinizi, alqışlarınızı və bu şəhərin döyüntüsünü eşidirəm. Və ürəyimdə isə heç vaxt unudulmayacaq bir sevgini daşıyıram..."
M.Emreli vida mesajını klubun şüarı olan "Einmal Cluberer, immer Cluberer!" ("Bir dəfə klubda oldunsa, daimi klubdasan" sözləri ilə bitirib.
Qeyd edək ki, M.Emreli 2-ci Bundesliqada bu mövsüm 24 oyuna 10 qol vurub. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib. Beləliklə, azərbaycanlı futbolçu Almaniyada mövsümü 11 qolla yekunlaşdırıb.

Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır