“Zirə”nin müdafiəçisi Ange Mutsinzinin QOL.az saytına müsahibəsi
- Mövsümün son ev oyununda “Sabah”la bərabərə qaldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?
- Düşünürəm ki, yaxşı oyun keçdi. Bunu hər iki komandaya şamil etmək olar. Həm biz yaxşı çıxış etdik, həm də “Sabah”. Ona görə də əldə olunan 1 xalı yaxşı nəticə saymaq mümkündür. Həm də bizim üçün artıq çempionatda hər şey həll olunub.
- Fasiləyə qədər “Zirə” rəqibdən üstün olsa da, ikinci hissə barədə bunu demək olmur. Rəqib üstünlüyü ələ aldı, qol da vurdu. Bu, nədən irəli gəlirdi? Motivasiyanın yoxluğu, yoxsa yorğunluq?
- Futbolda belə hallar olur. Bəzən ilk hissədə daha yaxşı təsir bağışlayırsan, nəinki ikinci 45 dəqiqədə. Yaxud əksinə. Amma mən ikinci hissədə rəqibdən böyük ölçüdə geri qaldığımızı düşünmürəm. Biz hər iki hissədə normal futbol sərgilədik. Fasilədən sonra da qol vurmaq üçün şanslarımız oldu. Rəqib sadəcə əlinə düşən bir fürsətdən maksimum istifadə etdi.
- Məlum məsələdir ki, Avropa Liqasına yollanmaq üçün “Zirə” “Qarabağ”ın kuboku qazanmasını istəyir. Ona görə də kimə azarkeşlik edəcəyinizi soruşmayacağam. Neytral mövqedən baxsaq, final üçün şansları necə dəyərləndirərdiniz?
- Düşünürəm ki, maraqlı oyun olacaq. Hər iki komandanın heyətində yaxşı futbolçular var. “Qarabağ” çempionluğunu rəsmiləşdirib. “Sabah” üçün isə bu, son şansdır. Onlar qalib gəlmək üçün hər şeylərini verəcəklər. Odur ki, çox gərgin oyun keçəcək. Məncə, müqayisədə Avroliqaya yollanmaq şansımız daha yüksəkdir.
- “Zirə” ilə müqaviləniz davam edir. Odur ki, sizi növbəti mövsümdə də komandada görəcəyimizi deyə bilərik?
- Bəli, daha bir illik müqaviləm var. Ona görə növbəti mövsümdə də “Zirə”nin uğurları üçün çalışacağam.
- Növbəti mövsüm Misli Premyer Liqasında legioner limiti ləğv olunur. Sizcə, bu, çempionatın səviyyəsinin qalxmasına gətirib çıxaracaq?
- Əvvəlki mövsümlərlə müqayisədə növbəti çempionatın daha gərgin keçəcəyini düşünürəm. Bütün komandalar limitin ləğvindən faydalanmağa çalışacaq. Gələn çempionat daha baxımlı, daha gərgin olacaq. Bunu artıq indidən söyləmək mümkündür.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə