"Sabah" Rusiyada keçirilən beynəlxalq turnirdə 2-ci oldu

"Sabah" Rusiyada keçirilən beynəlxalq turnirdə 2-ci oldu
ÖLKƏ FUTBOLU 18 May 2025 / 10:52 1360
-  A +

Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq futbol turnirinə yekun vurulub.

QOL.az xəbər verir ki, "Sabah"ın U-10 komandası turnirin həlledici oyununda Rusiyanın "Rubin" (Kazan) komandası ilə qarşılaşıb.

Matç rəqibin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi "Sabah" turniri ikinci pillədə başa vurub. "Sabah"ın futbolçusu Muronur Əlili yarışın ən yaxşı futbolçusu seçilib.


Son xəbərlər