“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.
QOL.az xəbər verir ki “YouTube” kanalında yayımlanan "Exclusiva TSP" rubrikasında sualları cavablandıran 36 yaşlı yarımmüdafiəçi əvvəlcə hazırkı klubu “Primavera”dakı (Braziliya) işlərindən danışıb:
“Əvvəlcə heç asan deyildi. Xaricdəki vaxta, oradakı oyun sisteminə uzun illərdən sonra uyğunlaşmışdım. Buraya qayıdanda mənim üçün asan olmayacağını ilk gündən bilirdim. Burada heyət çox keyfiyyətlidir. Mənim oynadığım mövqedə də güclü futbolçular var idi. Amma baş məşqçimiz - professor Fernando, oyunçular və bütün məşqçi heyəti mənimlə çalışaraq uyğunlaşmağım üçün dəstək oldular. Bəli, mən mövsümün ortasında gəldim. Onda komandanın ritmi başqa idi".

O, Braziliya və Azərbaycandakı azarkeş mədəniyyəti arasında fərqləri belə təsvir edib: "Azərbaycanda çox azarkeş olmur, onlar futbolun elə də böyük fanatları deyillər. Ancaq Avropa Liqasında və ya Çempionlar Liqasında oynayanda stadion dolurdu. Yerli liqada isə yalnız derbi oyunlarında stadionda azarkeş çox olur. Amma burada, Braziliyada küçədə azarkeşi görürsən. Son oyunlarda “Santo André”də stadiona daxil olarkən azarkeşlərin dəstəyi inanılmaz idi. Braziliyadan tez ayrıldığım üçün bu hissi burada əvvəl yaşamamışdım. Hətta telefonumda videolar saxlamışam. Bu, braziliyalıların futbola necə aşiq olduqlarını göstərir".
Almeyda “Qarabağ”da çıxış edərkən Çempionlar Liqasının qrup mərhələsində meydana çıxdığı görüşləri də xatırlayıb. O, bu oyunların unudulmaz olduğunu bildirib:"İlk oyunumuz İngiltərədə “Çelsi”yə qarşı idi. Gənc olanda televizorda izlədiyim bu komandalarla real həyatda oynamaq çox xüsusi hissdir. Sonra “Atletiko” Madrid ilə “Vanda Metropolitano” stadionunda oynadıq. Sonra ‘Roma’nın Olimpiya stadionunda meydana çıxdıq. Bu, bir futbolçu üçün unudulmaz hisslərdir".

2017-2023-cü illərdə Azərbaycan milli komandasında çıxış edən Almeyda bundan qürur duyduğunu deyib: "Sən Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında necə çıxış edirsənsə, dünya çempionatı və Avropa çempionatının seçmə mərhələləri də o qədər vacibdir. Mən Almaniya, Xorvatiya, Sloveniya, Slovakiya kimi milli komandalara qarşı oynadım. Bu, mənim üçün böyük şərəf idi. Bu onu göstərir ki, ölkədəki fəaliyyətim dəyərləndirildi. Çünki hər kəsə vətəndaşlıq verilmir."
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə