Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasını, kubok yarışı, 1 və 2-ci liqaları, əvəzedicilərin çempionatını keçirən qurumdur. Yəni bu təşkilat hazırda düz 5 turnirin keçirilməsinə məsul qurumdur.
Adətən, qurumun bu yarışlarda təşkilatçılığı istər media, istərsə də klublarda müsbət qiymət alıb. Amma o da qeyd olunmalıdır ki, PFL-in uzun illərdir ki, yüksək təşkilatçılığı həm də diqqəti çox cəlb etmir. Səbəbsiz də deyil. Çünki qurum bir növ təvazökar mövqe tutaraq kölgədə qalmağı üstün tutub. Azarkeşlərin çoxu isə bundan xəbərsiz olur. Ona görə ki, əksər halda gözlər oyuna, komandalara, futbolçuların performansında, bir sözlə, meydanda baş verənlərə yönəlir. Ancaq bu oyunların təşkili – qarşılaşmalardan əvvəlki hazırlıq, təhlükəsizlik, media üçün şərait, azarkeşlərin istəyinin nəzərə alınması, digər gözlənilən və gözlənilməyən problemləri həllinə dərhal müdaxilə etmək işi də var ki, xeyli müddətdir PFL bunu məhdud şərait və kollektivlə yaxşı bacarır, ortaya keyfiyyətli iş qoyur.
Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov
Buna ən son bir neçə gün əvvəl Azərbaycan 2-ci Liqasında “Şəfa” və “Şahdağ Qusar” komandaları arasında keçirilən vacib oyunda da bunun şahidi olduq. Bizdə 2-ci liqa üçün qeyri-ənənəvi hesabə edilən sayda (4500 nəfər) azarkeşin izlədiyi qarşılaşmada qol olmasa da, həm azarkeşlər, həm komandalar, həm də media nümayəndələri üçün bu görüş müsbət məqamlarla yadda qaldı. PFL kollektivi bu dəfə də təşkilati baxımdan özünü göstərdi, görüş hər baxımdan yüksək standartlara uyğun keçirildi. Təbii ki, görülən işlər bu qurumun vəzifə borcu olmaqla yanaşı, aşağı liqanın matçına yüksək peşəkarlıqla yanaşmaq həm də alqışalanmalıdır.

Beş müxtəlif turniri peşəkarlıqla keçirmək asan iş deyil. Onu da qeyd edim ki, bu liqaların keçirilməsi üçün PFL-in mövcud büdcəsi də çox azdır. Təbii ki, nöqsanlar da var və bunlar qaçılmazdır. Ancaq görürük ki, nümunəvi işlər xırda nöqsanları ört-basdır edə bilir. Çünki ortada işə həvəs və sevgi var. Bu sevgi futbol sahəsində çalışan bütün insanlarımızda olsa, indi çox fərqli bir mənzərənin şahidi olardıq.
Onsuz da qurumun adı “Peşəkar”la başlayır deyə bilərsiniz. Amma bizdə o qədər peşəkar adı ilə həvəskar formada iş görənlər var ki...
Ramiq Ağaməmmədov
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə