"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 33-cü turunda "Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında deyib ki, sakit qalmağa çalışırlar: "Reallıq budur ki, bizim üçün bu mövsüm qatar gedib. Ən azından sakit olmağa çalışırıq. Əsas da mən danışandan sonra bunu istifadə edə bilərlər. Əsas futbolçuları hazırlayaq və oynayaq. Səhvlər mütəmadi olaraq davam edir. Qollar da vurmuruq. Birinci hissədə nadir hallarda olan dominant futbolu göstərdik, məncə. Birinci hissədə 10-15 dəfə rəqibin cərimə meydançasının yaxınlığında və içərisində olmuşuq. Hətta müdafiəçilərimiz hücuma qədər gəlib çıxmışdılar. Əgər bu qədər fürsətlər yaradıb rəqib qapıçısına əziyyət verən zərbələr vurmuruqsa, bu, hücumda biz dediyimiz problemlərin göstəricisidir. Rəqibin hər uzaqlaşdırdığı top isə təhlükə ilə bitir. Son oyunlara futbolçuları kökləyəcəyik. Bilmirəm nə deyim, adımıza layiq bir şey etmirik. Çalışacağıq, son oyunlardan xoş bir şey çıxaraq. Xoş məqam odur ki, hesabda geri qalanda da hücumlara çıxırıq. Hər futbolçumuz etmir, amma bir neçə oyunçumuz xarakter qoyurdu. Bu da artıq yaxşıdır.
Mütəxəssis deyib ki, növbəti mövsüm hansı büdcə ilə işləyəcəyi haqda danışmaq tezdir: "Bilmədiyim şey haqqında danışa bilmərəm. Bu il gələndə artıq əlimizdə hazır futbolçular var idi. Biz məşqçilərlə oturub gələcək planları qururuq. İnşallah, bir sonluq olaraq qərar verəcəyik".
S. Abasov "Emin Mahmudova kapitanlığı niyə qaytara bilmədiniz? Növbəti mövsüm komandada qalacaq?" sualına belə cavab verib: "Qaytara bilməmək ayrı bir şeydir. Bu, o vaxt olar ki, kimsə məcbur edər. Qaytarmamaq isə artıq ayrı sualdır. Sadəcə mən bura gələndə kapitanliq məsələsi "Neftçi"nin ətrafında şişirdilmişdi. İstədim ki, futbolçular ancaq oyuna köklənsinlər və vəziyyəti sakitləşdirmək üçün kapitanlığı Rza Cəfərova verdim. Emin bu mövsüm çox əziyyət çəkdi. Qış fasiləsindən sonra da mütəmadi zədələri oldu. Onun hələ bir illik müqaviləsi var. Demək, hələ bizlədir. Amma o demək deyil ki, hər müqaviləsi olan komandada qalacaq. Çalışacağıq ki, hər iki tərəf üçün xeyirli qərarlar olsun".
O, bildirib ki, hakimlərin "Neftçi"yə qarşı səhv qərarlarının səbəbi var, amma bunun qərəzlə bağlı olduğunu düşünmür: "Əsla dilə gətirmirəm ki, hansısa hakim desin, "Neftçi"dən, Samirdən zəhləsi gedir. Amma səhv qərarların əziyyətini görürük. Sambunun qırmızı vərəqəyə görə kubokun yarımfinalda olmaması bizə çox çətinlik yaratdı. "Sumqayıt"la oyunda da həmin məsələlər oldu. Bu gün VAR-da oturan hakimlər dedilər ki, qaydaya görə, iki ayaqla müdaxilə olunubsa, "qırmızı"dır. Amma mən gördüyümə görə, topa müdaxilə olunub və rəqibin ayağına dəymir. Ola bilər, buna səbəb odur ki, "Neftçi" daimi gündəmdədir, amma nəticələri pisdir. Bizim düşdüyümüz vəziyyət heç kimə bu rahatlığı verməsin. Bunun sonu yaxşı qurtarmayacaq. Bir gün lazım olan insanlar masaya yumruğunu vuracaq. Ondan sonra necə olacaqsa, Allah sizi qorusun. Bizim haqda olan neqativ söhbətlər "Neftçi"ni əzməyə haqq vermir. Bu gün biz "Neftçi" haqda neqativ danışıqlara reaksiya verməməyimizin səbəbi var. Bu da futbolda, oyunda başımızın aşağı olmasıdır. İki il avrokuboklara vəsiqə qazanmırıq. Amma bu, heç kimə əsas vermir ki, "Neftçi"ni kimlərəsə xoş gəlmək üçün vasitə etsinlər. "Neftçi" bu gün belədirsə, bir gün özünə gələcək. Mənimlə və ya mənsiz. Bu, tezliklə baş verəcək. Ən azından Azərbaycan komandasıdır. Bu cür şeylər düzgün deyil. Azərbaycan futbolu deyilirsə, başda "Neftçi"dir. Baxmayaraq ki, son illər nəticələrimiz pisdir".
Mütəxəssis sonda qeyd edib ki, rəhbərliklə fikirləri üst-üstə gəlir.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə