"Belə qarşılaşmalar həmişə çətin keçir. Ümumiyyətlə, “Qarabağ”a qarşı asan oyun olmur. Meydana qələbə qazanmaq əzmi ilə çıxmışdıq. Təəssüf ki, alınmadı. Öz səhvimizdən qollar buraxdıq. Bu da nəticəyə təsir etdi”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov Misli Premyer Liqasının 31-ci turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyun haqda danışarkən deyib.
O, “Neftçi”nin bütün komponentlərdə “Qarabağ”dan geri qalmasına belə münasibət bildirib: “Razıyam ki, çətinliklər oldu. İstədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci hissə toparlanmağa çalışsaq da, yaxaladığımız epizodları dəyərləndirə bilmədik. Halbuki şanslarımızdan istifadə etsəydik, hesab fərqli hesab olardı".
“Ola bilərmi ki, “Neftçi”nin hazırda fikri daha çox kubokdadır?” sualını Camalov belə cavablandırıb: “Deməzdim. Hər oyuna ciddi hazırlaşırıq. Bəli, avrokuboklara ən real yol bizim üçün kubokdur. Lakin “Qarabağ”la matçlar derbi xarakteri daşıyır. Azarkeşlərin gözlədiyi oyundur. Çalışırdıq ki, yaxşı mübarizə aparaq və azarkeşləri sevindirək. Təəssüf ki, alınmadı. Ümid edirik ki, kubokda azarkeşlərimizi sevindirəcəyik”.
30 yaşlı futbolçu qeyd edib ki, əzəli rəqibə böyük hesablı məğlubiyyət kubok matçının hazırlığına problem yaratmamalıdır: “Bu, səbəb ola bilməz. Çünki “Qarabağ”ın da kubok oyunu var. Vaxt az olsa da, əsas psixoloji hazırlaşmadir. Yanaşmamız ciddi olsa, hazırlaşmaq problem deyil, belədə bərpa prosesini rahat keçəcəyik. Bu, əsasən beyinlə əlaqəlidir”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar