"Zirə"nin baş məşqçisi Misli Premyer Liqasının 29-cu turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Bizim üçün ağır oyunu idi. Aydın məsələdir, "Qarabağ"la səfərdə oynayırdıq. Bu oyunlar heç bir zaman rahat keçmir. Xüsusilə də bu gün rəqib ən optimal heyəti ilə oyuna çıxmışdı. Bu, işimizi biraz çətinləşdirirdi. Amma futbolçularım əla mübarizə apardılar. İlk saniyədən final fitinə qədər qorxmadan rəqiblə mübarizə apardılar. Oyun rəqibin üstünlüyü ilə keçirdi. Əvvəlcədən də bilirdik ki, matç belə olacaq. Biz daha çox meydanın mərkəzində etibarlı olub, rəqibi orada qarşılayıb daha çox əks-hücumlara bel bağlayırdıq. Hansısa məqamlarda alınırdı, hansılarda isə yox. Amma ümumən oyunçularımın çıxışından razı qaldım. Artıq beşinci oyundur ki, "Qarabağ" duran topdan bizə qol vurur. Bu tendensiya hələ də davam edir. Oyundan öncə bununla bağlı danışmışdıq, amma yenə də duran topdan fərqləndilər. Futbolçularımı təbrik etmək istəyirəm. Sona qədər inanırdılar, mübarizə aparırdılar, bərabərlik qolunu vurmaq istəyirdilər. Buna çox yaxın idik. Alınmadı, amma buradan özümü və ya komandamı məğlub olmuş kimi hiss edərək ayrılmıram. Bu gün biz, bəlkə də, bərabərliyə layiq idik. Alınmadı, futboldur. Önümüzdəki oyunlara baxacağıq. Bizim üçün qarşıda 7 biri-birindən vacib oyunlar var. Var gücümüzlə onlara hazırlaşacağıq".
Mütəxəssis son dəqiqədə qaçırılmış penalti haqda da danışıb: "Kim penaltini qaçırmır ki? Özüm də qaçırmışam. Ulduz, usta futbolçular da qaçırır. Başqa qaçırdığımız epizodlar da var idi ki, futbolçularımız yaxşı zərbə mövqelərinə çıxırdı, amma zərbə daha çox rəqibin müdafiəçilərinə tuş gəlirdi və ya qapıçıları uğurlu çıxış edirdi. Oyunumuz bir penalti ilə bağlı deyil idi. Yaxşı şans idi. Çünki "Qarabağ"a qarşı qol vuranda böyük təzyiqlə oynamağa başlayır. Amma penaltini vurub oyun bitəcəkdi. Ən azı bir xalla ayrılmaq olardı. Yenə də deyirəm ki, futbolçularımı məğlub olmamış kimi görürəm".
R. Sadıqov penalti zərbələrinin üzərində ayrıca məşqlərin keçirilməsini doğru saymadığını bildirib: "Mənə görə, penaltinin məşqi yoxdur. Gərək futbolçu oyunda təzyiq altında olsun ki, onu hiss etsin, vursun. Daha çox bu cür hallarda məlum olur. Mən məşqlərdə 10 penaltinin hamısını vururdum, amma oyun zamanı böyük həyəcan keçirirdim. Məşqdə, istəsən, 100 dənə vur, amma o həyəcanı yaşamayacaqsan. Əslində Qismət Alıyev zərbəni yaxşı yerinə yetirmişdi, sadəcə dirəkdən döndü. Ola bilsin ki, "əlavə dəqiqələrdir, vursan oyun bitir, bir xalla ayrılırsan" kimi şeylər onda əlavə həyəcan yaratdı. Amma əslində Qismət komandada kritik və uğurlu penaltiləri yerinə yetirib. Ümumən, penalti üzərində çox dayanmaq istəmirəm. Düşünürəm ki, futbolçularım bu gün layiqli mübarizə apardılar".
O, yeni son transferlərinin durumundan söz açıb: "Ən son transferimiz iki ay komanda məşqlərindən kənar qalmışdı. Əvvəlki mətbuat konfranslarında da bildirmişdim ki, hazır olanda oyunlara qoşulacaq. Amma bu transfer daha çox gələcəyə bağlı transfer idi. Mən onu əvvəlki illərdə və qış aylarında da istəyirdim, sadəcə alınmadı, ortaq məxrəcə gələ bilməmişdik. Lavala gəldikdə, onun müalicəsi davam edir. Ola bilsin, son turlara qədər düzəlsin, amma nə qədər hazır olacaq onu zaman göstərəcək. Əməliyyat olub, bərpası gedir".
Mütəxəssis komandasının çempionatdakı çıxışını da dəyərləndirib: "Əslində biz stabil oynamamışıq. Haradasa birinci dövrənin sonunda və ikinci dövrənin əvvəlində bizdə uğursuzluq var idi. Yeddi oyundan cəmi birində qələbə qazanmışdıq. Ümumiyyətlə, çempionatda qələbə qazanmaq çətindir, özünüz də görürsünüz. Hamı bir-biri ilə xal itirir. Amma şükürlər olsun ki, geridə qalan turlarda bu qədər xal toplamışıq. Bundan sonrakı oyunlar da həm rəqiblər, həm bizim üçün vacib və önəmlidirlər. Hər oyunda qələbə qazanmaq üçün çox güc sərf etməlisən. Mənim üçün də ən vacib olan oyunun stabilliyidir. Bilmirəm, nə dərəcədə qoruya biləcəyik. Gələcəklə bağlı danışmaq mənim üçün həmişə çətindir. Proqnoz verə bilmərəm, zaman göstərəcək".
R. Sadıqov "Hazırkı heyət avrokuboklarda mübarizə aparmaq üçün kifayətdirmi?" sualına belə cavab verib: "Bir iş bitməmiş və rəsmiləşməmiş mən o haqda danışmıram. Özümüzə və rəqiblərimizə qarşı doğru olmaz. Mən elə hesab etmirəm ki, avrokubokları təmin etmişik. Qarşıda vacib oyunlar, ağır səfərlər var. Öz meydanımızda da güclü rəqiblərə qarşı oynayacağıq. O üzdən də ağlımdan keçmir ki, təmin etmişik. Heç mən bilmirəm, avrokubokların birinci oyunu ayın neçəsidir. Heç ona baxmamışam. Bütün fikrimizi oyunlara yönəltmişik. Allah nəsib edər, avrokuboklara düşərik, ondan sonra bu haqda danışaram".
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko