Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığması ilə keçirilən səfər oyunundan (2:0) danışıb.
QOL.az xəbər verir ki, o, sözügedən matçdan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:
“Şükürlər olsun ki, qələbə qazandıq. Qol buraxmadan bunu etmək çox önəmli idi. Üç komandanlı qrupdayıq, sonda qrup birincisini top fərqi müəyyənləşdirə bilər. Rəqibin zəif və güclü cəhətlərini bildiyimizdən, oyunu buna uyğun qurmuşduq. Meydanda hər şeyi düzgün etdiyi üçün komandamıza təşəkkür edirəm. Qızlar xarakter və istək göstərməklə yanaşı, gözəl futbol oynadılar. Məqsədimiz qol buraxmadan qələbə qazanmaq idi ki, bunu reallaşdırdıq. Bu qalibiyyət münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bizi indi Monteneqroya qarşı çox vacib səfər oyunu gözləyir. Həmin matçdan da maksimum nəticə ilə qayıtmağa çalışacağıq".
Baş məşqçi görüşün 42-ci dəqiqəsində qırmızı vərəqə almasına da münasibət bildirib: “Hakimləri heç cür başa düşə bilmədim. Ehtiyat hakim epizoda çox uzaq idi. Rəqibin oyunçusu Nigar Mirzəliyevanı arxadan vurdu, hakim bunu görmədi. Hiss etdim ki, gərginlik yaranacaq, futbolçuları sakitləşdirmək üçün meydana girmək məcburiyyətində qaldım. Hakim bunu fərqli formada başa düşdüyündən, mənə qırmızı vərəqə göstərdi. Halbuki bunu etməsəydim, gərginlik arta bilərdi”.
Qeyd edək ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz növbəti oyununu aprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı keçirəcək.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video
Mourinyo: “Qalma ehtimalım 99 faizdir”
Keyndən yeni rekord
"Real" onu göndərir