Braziliya millisinin baş məşqçisi istefaya göndərilir

Braziliya millisinin baş məşqçisi istefaya göndərilir
XƏBƏR 28 Mart 2025 / 20:30 1585
-  A +

Braziliya Futbol Konfederasiyası (CBF) ölkənin milli komandasının baş məşqçisi Dorival Junioru istefaya göndərmək qərarına gəlib.

QOL.az xəbər verir ki, bu barədə "UOL" nəşri məlumat yayıb. 

Buna səbəb 2026-cı il dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində Argentinaya qarşı keçirilən matçın nəticəsi (1:4) olub. Rəsmi qərar yaxın saatlarda açıqlanmalıdır. 

Qeyd edək ki, 62 yaşlı Junior Braziliya millisini 2024-cü ilin yanvarından çalışdırır. Onun müqaviləsi 2026-cı ilin sonuna qədər idi.

Braziliya 2026-cı il dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 14 oyundan sonra 21 xal toplayıb və 4-cü yeri tutur.


Son xəbərlər
14.03.26  21:41

Qavi geri dönür

14.03.26  11:13

"Atletiko"da itki

topaz banner