Almaniyanın RTL televiziya kanalının müxbiri Feliks Horner bildirib ki, Formula -1 üzrə keçmiş çempion Mixael Şumaxerin vəziyyəti acınacaqlıdır. Horner Şumaxer ailəsinə ən yaxın jurnalistlərdən biri və etibarlı mənbə hesab olunur.
QOL.az xəbər verir ki, onun sözlərini “Daily Mail” nəşri sitat gətirib.
“Vəziyyət çox üzücüdür”, – deyə Horner bildirib. – “O, daimi qayğıya ehtiyac duyur və tamamilə qəyyumlarından asılıdır. Artıq fikirlərini şifahi ifadə edə bilmir”.
Horner qeyd edib ki, hazırda 56 yaşlı Şumaxerə cəmi 20-yə yaxın insanın çıxışı var: “Və mənim fikrimcə, bu, düzgün strategiyadır. Çünki ailəsi onun maraqlarına uyğun hərəkət edir. Onlar həmişə onun şəxsi həyatını ciddi şəkildə qoruyublar və bu, dəyişməyib”.
2013-cü ildə, artıq peşəkar karyerasını başa vurduqdan sonra, Şumaxer Fransız Alplarında xizək sürərkən ağır kəllə-beyin travması alıb. Uzun müddət yatağa məhkum olub və süni tənəffüs aparatına qoşulub. Keçmiş pilotun ailəsi onun şəxsi həyatını ciddi qoruyur və səhhəti barədə detalları açıqlamır.
2021-ci ildə Netflix platformasında yayımlanan sənədli filmdə Şumaxerin həyat yoldaşı və oğlu onun müstəqil hərəkət edə və ətrafdakılarla tam ünsiyyət qura bilmədiyini bildiriblər. 2024-cü ilin oktyabrında isə KİV-də Şumaxerin böyük ehtimalla Mayorkada qızının toyunda iştirak etdiyi ilə bağlı məlumat yayılıb.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar
“Xankəndi” tarixi oyuna hazırlaşır - Müsahibə