La Liqasının 27-ci turundan təxirə salınan və ötən gün keçirilən "Barselona" - "Osasuna" oyunu ilə bağlı qalmaqal yaranıb.
QOL.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.
Sözügedən matçda 3:0 hesablı qələbə qazanan Kataloniya klubu texniki məğlubiyyətlə üzləşə bilər.
"Osasuna" beynəlxalq fasilədən sonra oyunçuların geri qaytarılması ilə bağlı FİFA qaydalarını pozduğuna görə "Barselona"ya qarşı apellyasiya şikayəti verməyi nəzərdən keçirir.
Söhbət İspaniya millisinə çağırılan, lakin dizindən aldığı zədə səbəbindən yenidən klubuna göndərilən mərkəz müdafiəçisi İniqo Martinezdən gedir. İnqio ötən gecə keçirilən görüşdə "Barselona"nın start heyətində yer alıb.
FİFA qaydalarına əsasən, zədə səbəbindən millinin heyətindən çıxarılmış futbolçular beynəlxalq fasilə bitdikdən sonra ən az 5 gün öz klublarında oynaya bilməzlər. Onlar yalnız iştirakları ölkə federasiyası tərəfindən rəsmən təsdiq olunduğu halda komandalarına kömək edə bilərlər.
Buna görə də, Martinezin matçda meydana çıxması qeyri-qanuni hesab olunarsa, "Barselona" 3 xaldan məhrum edilə bilər.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar
“Xankəndi” tarixi oyuna hazırlaşır - Müsahibə