"Bu dəfə daha inamlı oynadıq. Bir növ Bosniya və Herseqovina ilə görüşdəki səhvlərdən nəticə çıxarmışdıq. Həm də Xorvatiyanın Türkiyəyə qarşı keçirdiyi oyunu da zalda izləmişdik. Rəqibimizi əyani görmüşdük".
QOL.az xəbər verir ki, bu sözləri 19 yaşadək futzalçılardan ibarət millisinin üzvü Fariz Hüseynov deyib.
Qollardan birinin müəllifi olan futzalçı Avropa çempionatının əsas mərhələsində meydan sahibləri Xorvatiya yığması ilə heç-heçə etdikləri (3:3) oyunla bağlı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə fikirlərini bölüşüb:
"Çalışdıq səhvləri təkrarlamayaq, əksinə, düzəldək. Şükür olsun ki, bunu bacardıq. Xorvatiyadan heç də zəif oynamadıq.
Qol vurduğum epizoda gəldikdə, əlbəttə, sevindirici məqamdır. Üstəlik bu qolu Xorvatiya kimi güclü rəqibin qapısına vurursansa, iki qat sevinc olur. Heyifslənirik ona görə ki, qələbəni əldən verdik. Oyunun böyük hissəsini hesabda üstün keçirdik. Sona 12 saniyə qalmış qol buraxsaq da, ruhdan düşmədik, sona qədər mübarizə apardıq və heç-heçə qolunu vurduq. Qələbə də qazana bilərdik.
Bu oyunlar bizim üçün əvəzsiz təcrübədir. Qarşıda bir görüşümüz qalıb. Türkiyə millisi qrupun sürpriz nəticə qazana kollektividir. Qardaş ölkənin yığması ilə də sona qədər mübarizə aparacağıq. Bu matça hazırlaşmaq üçün 1 gün vaxtımız olacaq. Çalışacağıq ki, bu mərhələdə ilk qələbəmizi qazanaq”.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar
“Xankəndi” tarixi oyuna hazırlaşır - Müsahibə