"Rəqibimiz güclü komandadır. Həm də kifayət qədər təcrübəlidirlər. Taktiki, texniki və fiziki baxımdan hazırlıqlı idilər".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin baş məşqçisi İlqar Aslanov Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina ilə oyundan sonra Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, komandasının 2:10 hesabı ilə uduzduğu matçı belə şərh edib: "Qrupumuzda 1-ci yer uğrunda mübarizə aparacaq əsas komandalardandır. Oyunumuz da alınmadı, uşaqlar sanki start həyəcanını boğa bilmədilər. Nəticədə hesab erkən açıldı. Kodub səhvlər etdik və onlar da bundan maksimum faydalandılar.
Onların ilk saniyədən pressinq edəcəklərini demişdik. Ümumiyyətlə, necə oynayacaqlarını başa salmışdıq. Hətta oyunlarını da izləmişdik. Amma komandam deyiləni edə bilmədi. Bir tərəfdən qınamıram, çünki bu səviyyəli oyunlarda iştirak etməyiblər. Bugünkü oyun futzalçılarımız üçün əyani təcrübə olacaq. Dediklərimizi bu gün meydanda gördülər. Yəqin kii, bundan nəticə çıxaracaqlar”.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar
“Xankəndi” tarixi oyuna hazırlaşır - Müsahibə