Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda yeni komandası “Primavera”da ilk qolunu vurub.
QOL.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Braziliya Paulista A2 liqasında yarımfinalın “Taubate”yə qarşı ilk matçında əsas heyətdə meydana çıxıb. Görüş 2:0 hesabı ilə “Primavera”nın xeyrinə başa çatıb. 32-ci dəqiqədə Almeyda komandasının ilk qoluna imza atıb. İkinci topu isə rəqib qapısından 85-ci dəqiqədə L.de Xesus keçirib.
Yarımfinalın cavab oyunu martın 29-da olacaq.
Xatırladaq ki, Almeyda bu ilin fevralında “Qarabağ”dan ayrılıb və azad agent kimi doğma vətəni Braziliyanın “Primavera” klubuna keçib.
Yuxarı
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar