“Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges evlənməmələrinin səbəbləri barədə danışıb.
QOL.az xəbər verir ki, o, “Mən – Corcina” adlı realiti-şouda bildirib: “Mənim dostlarım həmişə toy barədə zarafat edirək soruşurlar: “Toy nə vaxt olacaq?” Jennifer Lopezin “Üzük” adlı mahnısı çıxandan bəri mənə bunu oxuyurlar (həmin mahnının nəqəratında belə bir ifadə var: “Bəs üzük nə vaxt taxılacaq?” ). Amma hər şey məndən asılı deyil”.
Ronaldo isə bu məsələ ilə bağlı belə bir açıqlama verib: “Mən ona həmişə deyirəm ki, evlənərik. O, nə demək istədiyimi yaxşı bilir. Bu, bir ildən sonra da ola bilər, yarım ildən sonra da, hətta bir aydan sonra da. Amma mən 100 faiz əminəm ki, bu baş verəcək".
Xatırladaq ki, portuqaliyalı futbolçu ilə Corcina 2016-cı ildən birgə münasibətdədirlər.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar