Azərbaycanın futzal üzrə U-19 millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya, martın 29-da isə Türkiyə ilə qarşılaşacaq.
QOL.az xəbər verir ki, yığmamız sözügedən görüşlər üçün təlim-məşq toplanışını davam etdirir.
Martın 16-dan toplanışa başalayn komandamız ayın 25-də qrup oyunlarının keçiriləcəyi Xorvatiyaya yola düşəcək.
Millimizin baş məşqçisi İlqar Aslanov hazırlıqla bağlı danışıb. O, Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib:
“Xalqımızı, futzal ictimaiyyətini Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, gümrahlıq, sülh, əmin-amanlıq, bərəkətli illər arzulayırıq. Hazırlıq plana uyğun şəkildə davam edir. Gün ərzində iki məşq keçirik. Çalışırıq fiziki hazırlığı yüksəldək, eyni zamanda taktiki planda tapşırıqlar yerinə yetiririk. Uşaqlar istəklidirlər. 2-3 nəfərin zədəsi var. Həkim çalışır ki, səfərə qədər onları müalicə etsin. Bu mərhələyə də 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı ilə yollanacağıq".
O, hazırlıq çərçivəsində keçirəcəkləri yoxlama oyunlarından da söz açıb: "Səfərə qədər 2 oyun keçirəcəyik. Bu gün “Araz-Naxçıvan”la yoxlama, sabah isə çempionatın lideri “Baku Fire”lə rəsmi matçda üz-üzə gələcəyik. İki gün ərzində iki güclü rəqiblə qarşılaşmaq da qrup oyunlarına hazırlığın tərkib hissəsidir. Çünki komandamız martın 26-da və 27-də müvafiq olaraq Bosniya və Herseqovina və Xorvatiya ilə üz-üzə gələcək. Biz də oyunların ağırlığını və intensivliyini nəzərə almışıq".
Mütəxəssis seçmə mərhələdəki rəqiblərini belə dəyərlənidirb: "Rəqiblərə gəldikdə, Bosniya və Herseqovinanın iki oyununu izləmişik. Serbiya ilə matçın birində yenildilər, digərində qələbə qazandılar. Oyun üslubunu, zəif və güclü tərəflərini aydınlaşdırmağa çalışdıq. Xorvatiya və Türkiyə yığmaları haqda isə şifahi məlumatım var. Xorvatiya Avropanın ən güclülərindəndir və qrup oyunlarına ev sahibliyi edəcəklər. Tükiyə futzalı da son illərdə inkişafdadır.
İstənilən halda yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Bilirik ki, güc baxımından bu mərhələdə qarşılaşacağımız rəqiblərlə yanvarda üz-üzə gəldiyimiz komandalar müqayisə olunmayacaq dərəcədə fərqlidir”.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video
Mourinyo: “Qalma ehtimalım 99 faizdir”
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video
"Bavariya" çempionluğunu 5 qolla qeyd etdi
"Mövsüm bitdikdən sonra..." - Jorj Kaşkilya
İngiltərə Kubokunun qalibi "Mançester Siti" oldu
“Qarabağ” Avroliqaya vəsiqəni təmin edib
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
"Hakim qərarlarından qaynaqlanırdı" - Kurban Berdiyev