"Real"ın futbolçusu Kilian Mbappe mövsümün əvvəlində uyğunlaşmaqda problem yaşadığı zaman futbolu tərk etməyi düşünüb-düşünmədiyi sualına cavab verib.
QOL.az xəbər verir ki, o, bu barədə "La Parisien" nəşrinə açıqlamasında deyib:
"Yox, heç vaxt, heç vaxt və heç vaxt. Elə bir futbolçu tanımıram ki, nə qədər keyfiyyətli olsa da, karyerası rahat keçsin. Çətin dövr hər bir futbolçuda ola bilər. Bu cür məqamlarda fokuslanmalısan və öz üzərində çalışmalısan. Bu da mənimlə oldu. Mən öz oyun formamı hər kəsin düşündüyündən daha tez qaytardım. İndi davam etmək lazımdır. Çünki yamaca qalxmaq asandır, amma zirvədə qalmaq ən çətinidir".
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm "Real"ın heyətində 43 oyuna çıxaraq 30 qol vurub və 4 qolun ötürməsini edib.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi