"Qalatasaray"ın futbolçusu Mauro İkardi ilə boşanma prosesində olduğu həyat yoldaşı Vanda Nara arasında qalmaqal yaşanıb.
QOL.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.
İkardi qızlarını məktəbdən götürməyə gedib. O, həmin vaxt övladlarının yanında ev heyvanlarının olduğunu görüb. Buna əsəbiləşən İkardi daha sonra uşaqları ilə birlikdə Vanda Naranın yaşadığı evə yollanıb. Vanda Nara futbolçunun evi tərk etməsi üçün qışqırıb.
İki tərəf arasındakı mübahisə dava ilə nəticələnib.
Vanda Nara vəkilinə və polisə zəng vurub. Argentina polisi hadisə yerinə gələrək vəziyyəti nəzarətə götürüb.
Xatırladaq ki, daha əvvəl Vanda Nara keçmiş ərinin onu intim videolarını yaymaqda hədələdiyini bildirmişdi. Vanda həmçinin İkardini mediada onu biabır etmək üçün jurnalistlərə 20 min dollardan çox pul ödəməkdə ittiham edib.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar