“Qurban Qurbanov həyatımda olan tək-tük məşqçilərdəndir ki, məni futbolçu kimi anlaya bilir. O, komandasında olan bütün oyunçular üçün belədir”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borges qafqazinfo.az saytına müsahibəsində deyib.
“Çünki o bilir ki, mən komandaya nə qədər xeyir verə bilərəm, hansı mövqedə oynamağı bacararam. Harada, necə çıxış edəcəyimi dəqiq bilir. Bütün bu təcrübələr başqa komandalarda da mənə kömək olub. Onun futbolçulardan istədiyini ala bilməsi məni təəccübləndirmişdi. Eyni zamanda məndən də istədiyini ala bilmişdi” - deyə Kadi vurğulayıb.
Braziliyalı futbolçu “Qarabağ”dan ayrılarkən Q.Qurbanovun sanki ondan inciməsi barədə sualı belə cavablandırıb: “Deyirsiniz ki, incimişdi, amma yox, sadəcə ikimiz də çox pis olmuşduq. Hər kəs buna müxtəlif bucaqdan baxa bilər. Əslində, mənim gedişim klub üçün heç də pis olmamışdı. Komanda tarixində ilk dəfə 5 milyona oyunçu satmışdı. Ümumiyyətlə, mən başqa ölkədə olsam da, Qurban Qurbanov daim durumumla, ailəmlə maraqlanırdı. Bu səbəbdən həmişə digər futbolçular da özünü bura aid hiss edir. Başqa klublarda bu cür münasibət görməyəndə nəyinsə çatışmazlığını hiss edirsən. Bura qayıdanda Qurban müəllimin üzündə sevinci gördüm, eyni sevinc hissləri məndə də var idi. İkimiz də sevinirdik ki, qayıtdım, birləşdik. Gəldiyim gün gecə saat 11-də görüşdük, komandanın tərcüməçisi Elvar Quliyev də yanımızda idi. Qurban Qurbanovla görüşəndə o, həyatım, ailəm haqqında soruşdu, maraqlandı. Təbii ki, bu, kiməsə adi bir şey kimi görünə bilər, amma mənə buranın bir parçası olduğumu hiss etdirdi. Burada yaxşı başlanğıc etdim və bu da komandanın əməyidir”.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində