"Qarabağ”ın sabiq hücumçusu Olavio Viera Juninyo Braziliya mətbuatına müsahibəsində həyatı və karyerası barədə bir sıra maraqlı məqamlara toxunub.
QOL.az xəbər verir ki, hazırda “Flamenqo”da oynayan 28 yaşlı hücumçu “Globo” nəşrinə danışıb.
“Mən çox düzgün həyat sürən biriyəm. Həyatda nə edirsənsə, əvəzini alırsan. Mən bu mövqeyə çatmaq üçün çox əziyyət çəkmişəm. Bu, köhnə hekayədir. 15 yaşında evdən çıxırsan, amma insanlar bunu görmək istəmir, sadəcə uğuru görmək istəyirlər. Çəkdiyin əziyyəti bilmirlər. Mən burada olmağa layiqəm. Sosial şəbəkələrə fokuslanmıram, ailəmi və işimi düşünürəm”, – deyə futbolçu bildirib.
Juninyo daha sonra deyib: “Mən zəhmətkeşəm və heç kim kiməsə layiq olmadığı nəyisə vermir. Məncə, mən bunları haqq etmişəm. “Flamenqı” kimi güclü bir klubda olmaq mənim üçün böyük bir nailiyyətdir. Əminəm ki, əlimdən gələni etsəm, hər şey yaxşı olacaq… Bu seçimi etdiyim üçün peşman deyiləm, çox xoşbəxtəm və uğurlu olacağına inanıram”.
Juninyo 12 yaşında ikən atasını itirib, onun xatirəsini yaşatmağa çalışır: “Atamın tək övladıyam, onun ailəsini tanımıram. Soyadımdakı Viera ona olan hörmətdir. Bu gün həm mən, həm də qızım bu soyadı daşıyırıq. Bu, dünyaya bir mesajdır. Atam həmişə mənə dəstək olub və mən də istəyirəm ki, hər kəs onun adını tanısın. Ona görə də mən Vieira-nın ‘V’sini vurğulayıram – bu, onun izidir, mənim də izimdir, çünki o mənə ən çox dəstək olan insan idi. O, “Vaski da Qama” azarkeşi idi. Romario və digər böyük oyunçuları izləməyə alışmışdı, həmişə məni motivasiya edirdi. Hər zaman deyirdi: “Sən futbolçu olacaqsan”. Onun arzusu gerçəkləşdi”.
Juninyo qeyd edib ki, o, “Atletiko”da (Braziliya) əsasən cinah oyunçusu kimi çıxış edib, amma bəzən 9 nömrə kimi də oynayıb: “Portuqaliyada əsasən cinahda çıxış edirdim, Azərbaycana gedəndə də elə olacağını düşündüm. Amma məşqçi (Qurban Qurbanov - red.) məni 9 nömrə kimi istifadə etmək istədi və mən bu rola çox yaxşı uyğunlaşdım. Komanda hücumameyilli idi, yüksək pressinq edirdi və tez hücuma çıxırdı. Bu, mənim üçün daha yaxşıdır, çünki qola daha yaxın oluram və daha çox imkan yaranır. Mənim xüsusi mövqe seçimim yoxdur, 9 nömrə kimi özümü rahat hiss edirəm”.
Juninyo bunu “Flamenqo”dakı üstünlüyü sayır, çünki orada ön xətdə ciddi rəqabət var. Amma rəqabət onu narahat etmir, əksinə, motivasiya verir.

“Flamenqo”ya gəlməyin çətin olduğunu bilirdim və bu da qərar verməyimin səbəblərindən biri idi. Mən başqa böyük bir klubla (“Sevilya”) da danışıqlar aparırdım. İndi isə mövqeyə görə milli komandamın oyunçusu ilə (Pedro) rəqabət aparıram. Arraskaeta, Pedro, Gerson, Bruno Henrique, Kebolinya… kimi adları əvvəllər televiziyada izləyirdim, indi isə onlarla gündəlik işləyirəm və çox şey öyrənəcəyimi bilirəm. Tək istədiyim sağlam olmaqdır. Onların da sağlam olmasını arzulayıram, çünki bu bir komandadır, “Flamenqo” udursa, hər kəs qalib gəlir” - deyə o bildirib.
Juninyo hazırda ideal fiziki formasına qovuşmağa çalışır, lakin əzələ zədəsi onu hədəfindən uzaqlaşdırıb. O, oyun performansını yüksəltməj üçün vacib saydığı 75 kiloqram çəkiyə çatmağı qarşısına məqsəd qoyub.
“Bura gələndə hər şey dəyişir. Mən uzun illər Braziliyadan kənarda yaşamışam. Orada yemək fərqlidir – məsələn, orada lobya yoxdur (gülür). Mən onunla böyümüşəm. Yemək saatı, öz yeməklərimiz – hər şey fərqli idi və nəticədə bir az çəki aldım. Üstəlik, zədə də oldu. Bura gələndən iki ay keçib və mən dörd kilo almışam. Azərbaycana çatanda 81 kq idim, sonra arıqlayıb 74 kq oldum. İndi yenidən o çəkiyə yaxınlaşmağa çalışıram. Əlavə məşqlər və digər şeylər edirəm. Məşqdən məşqə, oyundan oyuna – daha çox oyun vaxtı alaraq irəliləmək istəyirəm. Özümə inanıram, Filipe (baş məşqçi Felipe Luis) mənə inanır, ətrafımdakı insanlar mənə inanır. Mən təsadüfən burada deyiləm. “Azərbaycan çempionatından gəlib” deyirlər. Amma “Qarabağ” Çempionlar Liqası, Avropa Liqasında iştirak edən klubdur… Mən hər hansı sıradan oyunlarda yox, ciddi qarşılaşmalarda oynamışam. Mən bura insanların şübhələri ilə gəldim, amma özümə inanıram və hər şeyin yaxşı olacağını bilirəm”.
Qeyd edək ki, bu qış "Flamenqo"ya keçən Juninyo yeni komandası ilə bütün turnirlərdə 8 oyunda meydana çıxıb, 2 qol vurub. O, zədəsi səbəbindən 1 ay oyunlardan uzaq qalıb.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı