Xəbər verdiyimiz kimi, Braziliyada Karioka Liqasının finalında ilk oyun keçirilib.
Rio derbisində “Fluminense” “Flamenqo”nu qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Həmçinin oxuyun: Juninyo yenə qol vurdu - Video
Hazırda “Flamenqo”da oynayan “Qarabağ”ın sabiq futbolçusu Juninyo 66-cı dəqiqədə Platanın əvəzinə meydana daxil olub. Cəmi 10 dəqiqə sonra isə Juninyo qol vurub (komandasının oyunda ikinci və sonuncu qolu). Bu, onun hazırkı klubunda 2-ci qolu olub (7 oyuna).
QOL.az xəbər verir ki, matçdan sonra Juninyo yerli jurnalistlərə açıqlama verib. O, Azərbaycandan Braziliyaya qayıtdından sonra üzləşdiyi çətinlikdən bəhs edib.
“Mən burada (Braziliyada - red.) bir az əziyyət çəkdim. Çünki çox soyuq bir yerdən gəldim. İndi Rio de Janeyronun bu istisinə dözməli oluram. Bu isə hər şeyi dəyişir. Yemək, iqlim, saat fərqləri… Və nəticədə mənə ziyan dəydi. Mövsümöncəsi hazırlıqda da on gün təkbaşına məşq etməli oldum. Heç də asan deyildi. Amma indi zədədən sonra çalışmaq və heyətdə yer almaq lazımdır”, – deyə Juninyo bildirib.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar