"Azərbaycan Minifutbol Federasiyasının prezidenti və turnirin ev sahibi kimi hər kəsə uğurlar arzulayıram. Azərbaycan bu cür tədbirə ev sahibi etməkdən qürur duyur".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının püşkatması mərasimindəki çıxışında deyib.
O, Bakının hər zaman beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib: "Bu turnir təkcə yarış deyil. Biz həm də dostluğu yaradırıq, oyunla bağlı öz hisslərimizi gücləndirirk. Minfiutbol son illərdə inkişaf edib. Bu gün biz onun gücünü, insanları ilhamlandırdığını, gənc nəsli istiqamətləndirdiyini görürük. Azərbaycan üçün bu yarış vacibdir. Biz daha əvvəl Avropa çempionatının qalibi olmuşduq. Həmin vaxt Azərbaycan prezidenti cənab İlham Əliyev şəxsən Avropa çempionları ilə görüşmüşdü. Bu da idmançılarımız üçün böyük motivasiya idi. Bu məqam ölkəmizdə minifutbolun inkişafına və kömək oldu. Bu günə qədər ölkəmiz bir çox beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib - Avropa Oyunları, İslam Həmrəylik Oyunları, 2019-cu ildə Avropa Liqasının final görüşü, AVRO 2020-nin 4 oyunu, Formula 1 və s. Əminik ki, Baku-2025 unudulmaz bir yarış olacaq. Mən Dünya Minifutbol Federasiyasına və xüsusən dostum, Filip Yudaya təşəkkür edirəm. İstərdim ki, bütün federasiyalara bizə etimad göstərdiklərinə görə minnətdarlığımı bildirim".
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi