PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında 1/4 finala adlamaqları barədə danışıb.
QOL.az xəbər verir ki, komanda ötən gecə 1/8 final mərhələsinin cavab oyununda "Liverpul"a 1:0 hesabı ilə qalib gəlib. İlk görüşdə İngiltərə təmsilçisi eyni hesabla qələbə qazandığı üçün üçün əlavə vaxt oynanılıb. Burada komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə PSJ üstün olub və mərhələ adlayıb - 4:1.
Paris klubunun qapıçısı Canluici Donnarumma rəqibin penalti zərbələrindən 2-ni dəf edib.
Luis Enrike isə bu qələbəni Donnarumma sayəsində qazandıqlarını deyib:
“Topu saxlamaq çətin idi. Amma xarakter və xüsusilə Donnarumma sayəsində qalib gələ bildik. İndi artıq daha da irəli getmək barədə düşünməliyik. Biz göstərdik ki, stadiondan və ya atmosferdən asılı olmayaraq futbol oynamağı sevirik".
Qeyd edək ki, Donnarumma sözügedən görüşün ən yaxşı oyunçusu seçilib.
Əlavə edək ki, PSJ 1/4 finalda "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika) cütünün qalibi ilə qarşılaşacaq.
"Aston Villa" - "Brügge" cavab oyunu bu gün keçiriləcək. Komandalar arasında ilk matçda İngiltərə klubu 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi