Bu gün Azərbaycan 1-ci liqasında 17-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçirilib.
Lider "Qəbələ" 7-ci yerdəki "Cəbrayıl"ın qonağı olub və 3:2 hesabı ilə qalib gəlib. 2-ci sıradakı "İmişli" 8-ci pillədədəki "Mingəçevir"lə qarşılaşıb və gözlənilmədən rəqibinə uduzub - 0:1..
3-cü yerdəki "Karvan" isə 6-cı sıradakı "Zaqatala"dan üstün olub - 3:2.
Bu nəticələrdən sonra xallarını 33-ə çatdıran "Karvan" "İmişli"ni qabalayaraq 2-ci pilləyə yüksəlib. "İmişli" isə 30 xalla 3-cüdür.
7 mart (cümə)
13:00. “Cəbrayıl” – “Qəbələ” - 2:3
Qollar: S.Məhərrəmli, 16, T.Əhmədov, 90+4 (pen) - A.Şuaybu, 23, D.Massumo, 75, 90+1
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Samir Qaracayev, Şamil İmanzadə
"ASCO Arena”
14:00. “İmişli” – “Mingəçevir” - 0:1
Qol: M.Tahirov, 32
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Səbuhi Bayramov
Heydər Əliyev adına İmişli şəhər stadionu
14:00. “Karvan” – “Zaqatala” - 3:2
Qollar: E.Morgan, 28 (pen), 90+1, B.Teymurov, 58 - C.Cəbrayılov, 3, R.İsmayılov, 24
Hakimlər: Vüqar Həsənli, Şirmamed Mamedov, Kərim Zeynalov, Sənan Bayramzadə
Yevlax şəhər stadionu
6 mart (cümə axşamı)
"Difai” – “Baku Sporting” - 0:1
MOİK – “Qaradağ Lökbatan” - 2:2

PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu